Yuxarı

Münhen Qarabağın həlli üçün başlanğıcdır – Türk ekspert

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Münhen Qarabağın həlli üçün başlanğıcdır – Türk ekspert

Qarabağla bağlı bu görüş yeni bir başlanğıc ola bilər.

Bu sözləri Axar.az-a açıqlamasında türkiyəli ekspert Həsən Oqtay Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın debatını şərh edərkən deyib. O bildirib ki, Münhen zirvəsində bir ilk yaşandı:

“Münhendə keçirilən təhlükəsizlik sammitində liderlər Qarabağ münaqişəsini ilk dəfə mətbuat önündə müzakirə etdilər. Daha əvvəl iki ölkə liderlərinin görüşlərində nələrin müzakirə olunduğu bizə yalnız mətbuata verilən açıqlamalardan məlum idi. Qarabağ mövzusunda liderlər tezislərini icazə verilən müddətdə izah etməyə çalışdılar və təqdim etdilər.

Burada Azərbaycan nəinki Qarabağla bağlı haqsızlıqla üzləşən tərəfdir, eyni zamanda onun yeddi rayonu da işğal altındadır və bunu BMT də təsdiqləyir.

Ermənistan isə işğalçıdır, lakin 25 ildir ki, bu vəziyyətə hüquqi zəmin yaratmağa çalışır. Cəbhədə atəşkəs olsa da, gündəlik qarşıdurmalar davam edir və qarşılıqlı hərbi itkilər olur. Bütün bunların fonunda baş tutan mətbuat konfransı zamanı liderlər həm dünya ictimaiyyətinə, həm də mediaya mövqelərini izah etmək imkanı əldə etdilər”.

Türk politoloq deyib ki, debatda Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağla bağlı aydın olmasa da, bir həll yoluna getmək istədiyi hiss edilirdi:

“Xüsusən də erməni mətbuatında baş nazirin bu debatdakı çıxışı çox tənqid olunur. Bununla yanaşı, Paşinyanın hakimiyyətə gəlişi prosesini yaxından incələdikdə və bu görüşdə də baş verənlərin fonunda demək olar ki, Paşinyan Qarabağ məsələsinə sələflərindən fərqli yanaşır.

Paşinyan Qarabağ klanına qarşı hakimiyyətə gəlmək üçün mübarizə aparıb və hətta Ermənistanın ikinci prezidenti Robert Köçaryanı həbs etdirib.

Deyə bilərik ki, bu görüşdə Paşinyan passiv qaldı və müəyyən mənada daxili və xarici mətbuata Qarabağla bağlı təzyiqləri azaltmaqla bir həll yoluna getmək istədiyini nümayiş etdirdi”.

Həsən Oqtay qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev bütün tezisləri lakonik formada ortaya qoyaraq, fürsətdən uğurla istifadə etdi:

“İlham Əliyevin bu addımı, əslində, Qarabağın dünya mətbuatında gündəm olmasına gətirib çıxardı.

Bundan başqa, “Kafkassam”ın erməni yazarı Hakop Badalyan dünən erməni dilində bir analiz yazmışdı. Ekspert Mehriban Əliyevanın Moskva səfərinə toxunmuşdu. Deməli, Qarabağla bağlı bu görüş yeni bir başlanğıc ola bilər”.

Tarix
2020.02.17 / 16:07
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın

Azərbaycanın diaspor nümayəndələri saxlanıldı - Video

Zəngəzur dəhlizi ilə bir neçə məqsədə nail olacağıq

Bu ölkə ilə ilk siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlı kapitan Ukraynada həlak oldu - Foto

Əliyevin liderliyi ilə çox vacib addımlar atılır - Türkiyə XİN

Heydər Əliyevin nəvələri ilə səmimi - Videosu

Tehran və Bakı ortaq gələcək qurmağa sadiqdir - Arakçı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla