Axar.az
Yuxarı

Axar.Az Logo

Rusiyanın Türkiyədən tələbi nədir və nəyə əsaslanır?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya və Fransa Putini İstanbulda keçiriləcək zirvə toplantısına gəlməyə çətinliklə razı salıb. Rusiya Prezidenti ilk başda belə bir görüşə ehtiyac olmadığın bildirərək, razı olmamışdı. Rusiya Bəşər Əsədi Suriyanın legitim hakimiyyəti olaraq gördüyünü və öz ərazi bütövlüyünü bərpa etdiyini qeyd edib. Türkiyə Suriyada hərbi kontingentini artırır. Rusiyanın nə deməyindən asılı olmayaraq, Türkiyə geri addım atmayacaq. Hətta hərbi əməliyyatlar Dəməşqə qədər gedə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Suriya probleminin həlli istiqamətində martın 5-də Rusiya, Türkiyə, Almaniya və Fransanın iştirakı ilə İstanbulda keçiriləcək zirvə toplantısını şərh edərkən deyib. O bildirib ki, rəsmi Ankara ilə Moskva Suriya ətrafında gedən siyasi problemlərin həll edilməsi üçün bundan öncə bir neçə dəfə danışıqlar masasında oturub:

“Türkiyə ilə Rusiya arasında iplər artıq qopmaq üzrədir. Rusiya Türkiyəni Astana və Soçi razılaşmalarının tələblərini yerinə yetirməməkdə ittiham edir. Məsələ ondadır ki, bəhs edilən razılaşmalarda bir çox önəmli nüanslar əksini tapıb. Digər tərəfdən tərəflərin üzərinə düşən öhdəliklər də bəllidir.

Rusiya Soçi və Astana razılaşmalarında Suriyada Əsəddən başqa digər qüvvələri də rəsmi olaraq tanıdığını qeyd edib. Yalnız Rusiya deyil, İran da bu məsələni rəsmi olaraq tanıyıb. Rusiya digər tərəfdən İdlib ətrafında təhlükəsizlik zonasının yaradılması məsələsində razılığa gəlmişdi”.

Q.Hüseynlinin sözlərinə görə, Rusiya bu gün Türkiyəyə Soçi və Astana razılaşmalarının müddəalarında öz əksini tapmayan tələblər irəli sürür, daha sonra bu tələblərin yerinə yetirilməməsini Soçi və Astana razılaşmalarına zidd kimi göstərir:

“Rusiya Əsədin Suriyanın 60 faizinə nəzarət etdiyini və legitim hakimiyyət olaraq tanınmasını tələb edir. Halbuki, tərəflərin danışıqları zamanı Suriyada Əsəddən başqa hərbi-siyasi müxalifətin olması qəbul edilib. Hətta Rusiya Əsədin saxta seçkilərlə hakimiyyətə gəldiyini, legitim hakimiyyət üçün yenidən seçkilərin keçirilməli olduğunu da qeyd etmişdi. Düşünürəm ki, Türkiyə Suriya məsələsində Rusiyaya kifayət qədər güzəşt edib. Məsələn, Türkiyə Bəşər Əsədin seçkilərdə iştirakını istəmirdi. Lakin Rusiyanın istəyi ilə sonradan bu istəyindən əl çəkdi”.

Politoloq qeyd edib ki, hazırda faktiki olaraq Soçi və Astana razılaşmaları öz mahiyyətini itirib. Bu baxımdan İstanbul sammiti olduqca önəmlidir.

Tarix
2020.02.25 / 14:17
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Qaribaşvili: Azərbaycan xalqı ilə xüsusi dostluğumuz var

Qaribaşvilinin Azərbaycan səfəri başa çatdı

Bayramov gürcüstanlı həmkarı ilə görüşdü

Ərdoğan və Putin Qarabağdan danışdı

Bakının 3 ermənini azad etməsinə ABŞ-dan - Reaksiya

AP-ın 119 deputatının Bakıya qarşı çağırışı... – Bəyanat

Qaribaşvili İlham Əliyevi Gürcüstana dəvət etdi

Qaribaşvili Heydər Əliyevin sözlərini təkrarladı

İlham Əliyev Gürcüstan baş nazirini qəbul etdi

Gürcüstanın baş naziri Bakıya gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla
1xBet