Yuxarı

Naxçıvan Qarsa dəmir yolu ilə birləşərsə... – Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada tranzit daşımaların çox böyük əhəmiyyəti var. Ümumilikdə götürdükdə həm Azərbaycanın, həm də Türkiyənin iqtisadiyyatı artan iqtisadiyyatdır. Eyni zamanda, biz Qərblə Şərq arasında çox vacib bir dəhlizin bəndiyik. Bu baxımdan bizim yol infrastrukturumuzun müasir tələblərə cavab verməsi çox əhəmiyyətlidir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov Azərbaycan və Türkiyə arasında imzalanmış Qars-İqdır-Naxçıvan dəmir yolunun tikintisinə dair Anlaşma Memorandumu barədə danışarkən deyib.

Politoloq qeyd edib ki, Qars-İqdır-Naxçıvan dəmir yolunun tikintisi Naxçıvanın gələcək fəaliyyəti və uğurlu inkişafına töhfə verəcək:

“Ümumilikdə isə Naxçıvanın Avrasiya sisteminə inteqrasiyası çox vacib bir məqama çevrilib. Tək ona görə yox ki, bu anklav respublikadır, həm də Naxçıvan gələcəklə bağlı özünün iqtisadi baxışları, proritetləri olan bir avtonomiyadır. Azərbaycanın tərkib hissəsi olaraq Naxçıvan da çalışır ki, özünün dirçəlməsinə müəyyən pay versin. Digər tərəfdən yerli istehsalat güclənərsə, məhsulların yeni bazara çıxarılması da aktual amilə çevrilir.

Naxçıvanın Azərbaycanın əsas hissəsindən ayrı olmasını nəzərə alsaq, bu konteksdə aktual məsələlərdən biri muxtar respublikanın özünün nəqliyyat sisteminin şaxələndirməsidir. Təbii ki, burada avtomobil yollarından istifadə olunur. Ancaq dəmir yolunun da olması və Qarsa birləşməsi Naxçıvan üçün son dərəcə əhəmiyyətlidir. Bu layihə həm də Naxçıvan Muxtar Respublikasının istehsal gücünün artmasına gətirib çıxaracaq”.

T.Abbasov öncə istehsal potensialının artırmağın vacib olduğunu vurğulayıb:

“Daha sonra nəqliyyat qovşağının olması məhsulların bazarlara çıxışını yüngülləşdirər. Bildiyiniz kimi, dünyada ən ucuz daşımalar dəmir yolları vasitəsilə həyata keçirilir. Dəmir yolları ilə daşınan məhsulların xərci digər vasitələrdən qat-qat ucuz başa gəlir. Hesab edirəm ki, Naxçıvanın dəmir yolu vasitəsilə digər ölkələrlə əlaqə qurması muxtar respublikasının inşafında öz rolunu oynayacaq”.

Tarix
2020.02.26 / 13:25
Müəllif
Samir Soltanov
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla