Yuxarı

Əsədin iki zəif nöqtəsi: Türkiyə ordan vura bilər - Polkovnik

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əsədin iki zəif nöqtəsi: Türkiyə ordan vura bilər - Polkovnik

Türkiyə eyni anda bir neçə cəbhədə döyüşə biləcək bir orduya sahibdir.

Bu sözləri Axar.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov İdlib ətrafında Əsəd rejimi ilə Türkiyə hərbi qüvvələrinin qarşıdurması fonunda iki tərəfin hərbi potensialını şərh edərkən deyib. O bildirib ki, Türkiyə ordusu istənilən vəziyyətdə hərbi əməliyyat aparmaq imkanlarına malikdir:

“Türkiyə bu gün istər regionda, istərsə NATO çərçivəsində, istərsə də bütün dünyada ən güclü ordulardan birinə sahibdir. Son zamanlar regionda apardığı xarici siyasət də bunun təbii nəticəsidir. Rəsmi Ankara mövcud vəziyyətdə öz ərazi bütövlüyünü istər daxildə, istərsə də xaricdə qorumaq məcburiyyətindədir.

Qardaş ölkə Suriyanın hücumu zamanı 33 şəhid verib, bu, ciddi itkidir. Digər tərəfdən Əsəd rejimi də ciddi itkilər verib. Lakin bu, iki ölkənin hərbi potensialının bir-birinə bərabər olduğunu göstərmir. Nəzərə almaq lazımdır ki, Türkiyə mövcud razılaşmalara görə istədiyi kimi genişmiqyaslı hərbi əməliyyat apara bilmir. Ankara çalışır ki, münaqişə sülh yolu ilə həll olunsun. Lakin iki ölkə arasında ehtimal edilən bir müharibədə Türkiyənin müqayisəedilməz üstünlüyü var”.

Polkovnik qeyd edib ki, Suriyada Əsəd rejiminə əsasən Rusiya və İran dəstək verir:

“Heç kəsə sirr deyil ki, bu iki qüvvə olmasa, Əsəd bu qədər uzun müddət hakimiyyətdə qala bilməzdi. Rusiya Əsəd qüvvələrinə havadan dəstək verir. Bu, əslində Əsədin hərbi hava qüvvələrinin kifayət qədər yaxşı olmadığını göstərir. Türkiyə isə Suriyada hərbi hava qüvvələrindən istifadə etmir.

Bu gün Suriya dənizdən gələ biləcək hücumlara qarşı müdafiəsizdir, çünki Əsədin kifayət qədər güclü donanması yoxdur. Türkiyə isə Aralıq dənizi ölkələri içərisində güclü donanmaya malik ölkələrdən biridir. Əslində, Türkiyənin Suriyaya dənizdən hücum etməsi də gündəmdədir.

Suriya ordusunun vətəndaş müharibəsi, İŞİD və sairlə savaşlarda necə zəif düşdüyünü nəzərə alanda isə Türkiyənin qarşısında hansı qüvvənin dayandığını təsəvvür etmək çətin olmaz. Türkiyə savaşa girərsə, ən qısa müddətdə Dəməşqə çatar”.

Tarix
2020.02.28 / 15:42
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Kəlbəcər sakinlərinə xoş xəbər

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

Qardaş ölkə Ermənistana səfir göndərdi - İlk dəfə

Qarabağa səfərlərin təşkili mühüm əhəmiyyətə malikdir

Diplomatlar Ağdərə və Kəlbəcərə yola düşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla