Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
10 Avqust 2020


İlham Əliyev bu ölkə başçılarına təşəkkür etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Arif Alviyə məktub ünvanlayıb.

Axar.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

İlk öncə Sizə səmimi salamlarımı yetirir, Azərbaycan və Ermənistanın dövlət sərhədində baş vermiş hadisələrə verdiyiniz obyektiv qiymətə görə Sizə öz adımdan və Azərbaycan xalqı adından dərin minnətdarlığımı bildirirəm.

Məlum olduğu kimi, cari ilin 12 iyul tarixində Ermənistan silahlı qüvvələri cəbhənin Tovuz rayonu istiqamətində artilleriya qurğularından istifadə edərək atəşkəs rejimini kobud şəkildə pozmuş, hərbi təxribata əl atmışdır. Bu qəfil və xain hücum nəticəsində Azərbaycan Ordusunun hərbçiləri həlak olmuş və yaralanmışdır. Əks həmlələr və cavab atəşi nəticəsində hücum dəf edilsə də, növbəti günlərdə Ermənistanın hərbi-siyasi rəhbərliyi avantürist və təcavüzkar siyasətindən əl çəkməmiş, ölkəmizin hərbi və mülki obyektlərinin bombalanması əmrini vermişdir.

Bu hadisələr adi sərhəd toqquşması kimi deyil, Ermənistanın işğalçı siyasətinin davamı olaraq qəbul edilməlidir. 30 ilə yaxın müddətdir ki, Azərbaycanın 20 faiz torpağı - Dağlıq Qarabağ bölgəsi və ətrafındakı yeddi rayon erməni işğalı altındadır, bir milyondan çox azərbaycanlı doğma torpaqlarından didərgin düşmüşdür. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə, Helsinki Yekun Aktının müddəalarına əsasən ölkəmizin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmalıdır.

Təsadüfi deyil ki, 1992-ci ildə Xocalıda törətdikləri soyqırımına görə cəzasız qalan bu şəxslər bu gün yenə də mülki əhalini, uşaq, qadın və qocaları hədəfə alaraq qətlə yetirir. Son hadisələrdə hərbçilərimizdən başqa sıravi mülki vətəndaşlarımız arasında həlak olan və yaralananların olması bunun əyani sübutudur.

Hər zaman olduğu kimi, bu gün də Ermənistan rəhbərliyi öz ikiüzlü və riyakar siyasətinə sadiq qalaraq həm öz ictimaiyyətini, həm də dünya birliyini aldatmağa çalışır. Ölkələrində hökm sürən sosial-iqtisadi problemlərin fonunda Azərbaycanla münaqişəni alovlandırmaqla müəyyən məqsədlərə çatmaq istəyirlər. Azərbaycanın hərbi qüdrəti, qəhrəman övladlarımızın qətiyyəti və şücaəti sayəsində Ermənistanın məkrli və çirkin təxribatının qarşısı alınmış və bundan sonra da alınacaqdır.

Qardaş Pakistanın ölkəmizin haqq işində daim göstərdiyi həmrəyliyə görə Sizə bir daha təşəkkürümü bildirirəm. Əminəm ki, Azərbaycan və Pakistan arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətləri bundan sonra da uğurla davam edəcəkdir.

Sizə möhkəm cansağlığı, qardaş Pakistan İslam Respublikasına daim firavanlıq və əmin-amanlıq arzulayıram”.

Bundan başqa, dövlət başçısı Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə də məktub göndərib. Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Cari ilin 12 iyul tarixində Azərbaycan və Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan hərbi birləşmələri artilleriya qurğularından istifadə edərək atəşkəs rejimini kobud şəkildə pozmuş, təxribata əl atmışdır. Bu qəfil və xain hücum nəticəsində Azərbaycan Ordusunun hərbçiləri, mülki əhali həlak olmuş və yaralanmışdır. Əks həmlələr və cavab atəşi nəticəsində hücum dəf edilsə də, növbəti günlərdə Ermənistanın hərbi-siyasi rəhbərliyi avantürist və təcavüzkar siyasətindən əl çəkməmiş, ölkəmizin hərbi və mülki obyektlərinə zərbələrin endirilməsi ilə bağlı göstərişlər vermişdir.

Bildiyiniz kimi, 30 ilə yaxın müddətdir ki, Azərbaycanın 20 faiz torpağı - Dağlıq Qarabağ bölgəsi və ətrafındakı yeddi rayon erməni işğalı altındadır, bir milyondan çox azərbaycanlı doğma torpaqlarından didərgin düşmüşdür. Məhz bu səbəbdən qeyd olunan hadisə adi sərhəd toqquşması kimi deyil, Ermənistanın işğalçı siyasətinin davamı olaraq qəbul edilməlidir.

Bu gün hərbçilərlə yanaşı uşaq, qadın və yaşlı insanların hədəf seçilərək öldürülməsi Xocalı soyqırımını həyata keçirənlərin hələ də hazırkı Ermənistan rəhbərliyində təmsil olunduğunu nümayiş etdirdi.

Hər zaman olduğu kimi, bu gün də Ermənistan rəhbərliyi öz ikiüzlü və riyakar siyasətinə sadiq qalaraq həm öz ictimaiyyətini, həm də dünya birliyini aldatmağa çalışır. Ölkələrində hökm sürən sosial-iqtisadi problemlərin fonunda Azərbaycanla münaqişəni alovlandırmaqla müəyyən məqsədlərə çatmaq istəyirlər. Ölkəmizin hərbi qüdrəti, qəhrəman övladlarımızın qətiyyəti və şücaəti sayəsində Ermənistanın məkrli və çirkin təxribatının qarşısı qətiyyətlə alınmış və bundan sonra da alınacaqdır.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunması ilə bağlı Türk Şurasının 2020-ci il 14 iyul tarixli bəyanatına görə Sizə həm öz adımdan, həm də Azərbaycan xalqı adından təşəkkür edirəm.

Sizə möhkəm cansağlığı, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Tarix
2020.07.15 / 22:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mir Şahin: Oğrun-oğrun bərpa edir... – Video

Avropadakı səfirimizin bu paylaşımı qalmaqal yaratdı

Tramp ikinci dəfə prezident seçilsə, nələri dəyişəcək?

İlham Əliyev sinqapurlu həmkarını təbrik etdi

Ermənilər PUA-ları kimdən alır? - Video

Prezident elan etdi: bu qurumlarda nələr dəyişir?

Gürcüstan ərazilərinin işğalının ildönümü qeyd olundu

Səfirimiz müşahidəçilər missiyasına rəhbərlik edəcək

Bəzi ölkələr dağılacaq, Azərbaycan isə... - Politoloq

Rus səfirin Əliyevlə təcili görüşü: Türkiyə ilə blok... - Video

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla