Yuxarı

Fransa portalı Türkiyənin ölkəmizdəki təlimindən yazdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransa portalı Türkiyənin ölkəmizdəki təlimindən yazdı

Fransanın “Opex360.com” portalında “Ermənistanla gərginlik: T-129 türk hücum helikopteri Azərbaycanda hərbi təlimlərdə” mövzusunda məqalə dərc edilib.

Axar.az xəbər verir ki, məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Aprel döyüşləri, eləcə də cari il iyulun 12-də Tovuz rayonu istiqamətində düşmənin son təxribatları haqqında məlumat verilib. Bildirilib ki, son döyüşlər Azərbaycan üçün olduqca həssas bölgədə - Bakı-Tbilisi-Ceyhan boru, eləcə də qaz kəmərlərinin keçdiyi ərazi istiqamətində baş verib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına istinad edən müəllif Türkiyənin “T-129” hücum tipli helikopterlərinin iyulun 29-dan avqustun 10-a qədər Naxçıvanda davam edəcək hərbi təlimlərə qoşulduğunu vurğulayıb. Ermənistanın bu təlimlərdən narahat olduğu xüsusi qeyd edilib.

Türkiyə və Rusiya prezidentlərinin münaqişənin sülh yolu ilə tənzimlənməsi və regionda sabitliyin bərqərar olması üçün səylərin əlaqələndirilməsinin vacibliyini vurğulamaları da məqalədə əksini tapıb.

Tarix
2020.07.30 / 20:39
Müəllif
Axar.az
Digər xəbərlər

Alman qonağı Bakıda heyrətləndirən bina - Foto

Azərbaycanla Keniya arasında memorandum imzalandı

Ən yüksək əmək haqqı bu sahədədir - Deputat

Mikayıl Cabbarov Pəncab əyalətinin baş naziri ilə görüşdü

Sudanla saziş imzalandı: bu şəxslər üçün viza ləğv edildi

Şanxay Mükafatını tanıtmaq üçün bu tədbiri fürsət bilirik...

Rusiya və İranın məğlub olmasına imkan verməyən ölkə...

Şad xəbər: Quru sərhədlər açılır - Ekspert

Şəhərlər xalq tərəfindən qurulur və xalq üçündür - Şenqyun

Hikmət Hacıyevdən quru sərhədlərlə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla