Yuxarı

Gürcü baş nazir müsəlman dini liderlərlə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcü baş nazir müsəlman dini liderlərlə görüşdü

Gürcüstanın Baş Naziri Giorgi Qaxaria müqəddəs Qurban bayramı ilə əlaqədar ölkənin müsəlman dini liderləri ilə görüşüb.

Axar.az xəbər verir ki, baş nazir müsəlman icmasını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.

Baş nazir deyib:

“Gürcüstanın gücü onun müxtəlifliyindədir. Biz həmişə müxtəlifliyi qoruyub saxlamışıq və bundan sonra da onun qayğısına qalacağıq”.

Onun sözlərinə görə, Gürcüstanda bütün dinlərin nümayəndələrinin ölkənin gələcəyi naminə çalışması çox önəmlidir.

“Biz bu ölkəni bir yerdə qururuq və gələcəyi üçün birgə işlər görürük”, - deyə Baş Nazir vurğulayıb.

Hökumət başçısı müsəlmanlara uğurlar, cansağlığı və firavanlıq arzulayıb.

Müsəlman icmasının üzvləri hacı Ramin İgidov, müfti Adam Şantadze və başqaları çıxış edərək diqqət və təbriklərə görə, Gürcüstan hökumətinin başçısına minnətdarlıq ediblər.

Bildirilib ki, Gürcüstanın müsəlman icmasının üzvləri bu ölkənin vətəndaşlarıdır və dövlətin daha da möhkəmlənməsi, demokratik inkişafı üçün səylə çalışırlar.

Tarix
2020.07.31 / 20:18
Müəllif
Axar.az
Digər xəbərlər

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

Kərki Azərbaycana qaytarılır - Müzakirələr qızışır

Pakistanda azərbaycanlı qadına təcavüz edildi

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla