Yuxarı

Almaniyada rekord yoluxma qeydə alındı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada son üç ay ərzində rekord sayda sutkalıq yoluxma müşahidə edilib.

Axar.az xəbər verir ki, avqustun 5-də Almaniyada 1024 nəfər koronavirusa yoluxub. İndiyə qədər ölkədə COVİD-19 infeksiyasına yoluxanların sayı 214 min 494 nəfərə, ölənlərin sayı isə 9 min 248 nəfərə çatıb. Yoluxanlardan 196 min 100 nəfər sağalıb, 9 min 146 nəfərin müalicəsi isə davam edir.

Yoluxma hallarında qeydə alınan yüksək artım minlərlə almaniyalının yay tətilindən qayıtması və bir neçə federal əyalətdə dərs ilinin başlaması ilə əlaqədar ola bilər.

Ölkənin Səhiyyə naziri Yens Şpan Berlində təcili mətbuat konfransı keçirib və pandemiyanın başa çatmadığını deyib.

“Həyat adi axarına qayıtmayıb. Pandemiya buradadır və o, hələ ki, burada qalacaq”, - deyə nazir bildirib. Onun sözlərinə görə, almanların əksəriyyəti hazırda guya buradakı vəziyyətin digər dövlətlərdən yaxşı olduğu ilə bağlı yaranan süni təhlükəsizlik hissi ilə yaşayır və bu səbəbdən ehtiyat tədbirlərini zəiflədir.

Yens Şpan bildirib ki, payız aylarında virusun yayılmasını nəzarət altında saxlamaq çətin ola bilər.

Tarix
2020.08.06 / 22:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla