Yuxarı

Bəşər Əsəd ölsə, Suriyada nə baş verəcək? - Ekspert

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bəşər Əsəd ölsə, Suriyada nə baş verəcək? - Ekspert

Suriya Prezidenti Bəşər Əsədin ölüm xəbəri təsdiqini tapmadı. Lakin Əsəd ölsə belə, bu, Suriyada davam edən vətəndaş müharibəsini bitirməyəcək.

Bu sözləri Axar.az-a siyasi ekspert Vüqar Zifəroğlu Suriya Prezidenti Bəşər Əsədin öldüyü barədə yayılan məlumatlar haqda danışarkən deyib.

O bildirib ki, Bəşər Əsəddən sonra Suriya iqtidarının ən güclü namizədi qardaşı Mahir Əsəddir:

“Mahir Əsədin Suriyada və ordu içində nüfuzu çox güclüdür. Digər tərəfdən, Əsədin də ən yaxın adamı hesab edilir. Bu mənada Bəşər Əsəddən sonra onun yerinə Mahir Əsədin hakimiyyətə gəlməsi real səslənir.

Ümumiyyətlə, Suriya iqtidarında Əsəd ailəsindən birinin olması güclü bir versiyadır. Hansı ki, Hafiz Əsədin ölümündən sonra hazırkı prezident Bəşər Əsəd atasından boşalan prezidentlik postuna oturdu. Bu gün də bənzər bir ssenarinin olma ehtimalı yüksəkdir. Lakin bir məsələ də var ki, bu gün Suriya iqtidarı içərisində də ixtilaflar yaşanmaqdadır. Mahir Əsəd Bəşər Əsəddən sonra iqtidarın ən güclü namizədi olsa da, alternativlərin sayı az deyil. Xüsusilə ölkədə İran, Rusiya və Türkiyənin maraqlarını nəzərə alsaq, Əsəddən sonra bu ölkələrin güclü dəstəyi ilə iqtidara başqa bir namizədin gəlməsi də mümkündür”.

Ekspertin sözlərinə görə, Suriyadakı vətəndaş müharibəsi başladığı ilk illərdə bu ölkənin daxili məsələsi olsa da, hazırda bu, heç də belə deyil:

“Çünki ölkədə başda İran, Türkiyə, Rusiya olmaqla, bir çox böyük güclərin maraqları var. Bundan başqa, ölkədə rəsmi və qeyri-rəsmi radikal, milliyyətçi və s. silahlı qruplaşmalar da mövcuddur. Bu gün Suriyadakı savaş kiçik III Dünya müharibəsini xatırladır. Suriyada marağı olan hər bir böyük gücün dəstəklədiyi bir qrup mövcuddur. Bu mənada Bəşər Əsəddən sonra hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, vətəndaş müharibəsi daha şiddətli formada davam edəcək”.

Tarix
2020.08.13 / 13:51
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Vardanyanın müraciətləri araşdırıldı

Rusiya bu şəxsi Azərbaycana ekstradisiya etdi

PA rəsmisinin Azıx mağarasından paylaşımı - Video

Azərbaycan dünyanın ən güclü tank qüvvələri reytinqində...

İlham Əliyev Tokayevi təbrik etdi

Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək - Özər

İsveçin İrandakı səfirliyi Bakıda fəaliyyət göstərir

Gevorkyan Azərbaycan benzinindən danışdı: Təəssüf...

Ankara və Bakını münaqişəyə cəlb etməyə çalışırlar

Qlobal enerji qiymətlərində kəskin artım: Azərbaycana təsiri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla