Yuxarı

Əliyevin Putinə zəngi: Ciddi müzakirələr olacaq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyevin Putinə zəngi: Ciddi müzakirələr olacaq

Son günlər Rusiyanın Ermənistana silah verməsi ilə bağlı xəbərlər çox böyük narahatlıq doğurur. Cənab Prezidentin rusiyalı həmkarına zəng edərək bununla bağlı danışması hesab edirəm ki, rəsmi Moskvanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi bu məsələlərdə həssas olması istəyinin ifadəsidir.

Bunu Axar.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında baş tutan telefon söhbəti haqda danışarkən deyib.

Millət vəkilinin sözlərinə görə, Rusiya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib:

“Ölkə başçısının Rusiya prezidentinə telefon zəngi 12 iyulda gərginlik yaşanan bir dövrdə Rusiyadan Ermənistana silah daşınması məsələsinə aydınlıq gətirilməsi ilə bağlı idi. Bildiyiniz kimi, Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İranın hava məkanından istifadə edərək Ermənistana 400 tondan artıq hərbi təyinatlı yük daşınması haqda xəbərlər yayılıb. İndi dostluq və mehriban qonşuluq prinsiplərinin gözlənilməsinə ehtiyac olduğu bir dövrdür. Yəqin ki, bu məsələ ilə bağlı Rusiya tərəfində ciddi müzakirələr olacaq. Bu gün işğalçı Ermənistana hər hansı bir formada dəstək vermək, hətta onun işğalçılıq siyasətinə göz yummaq sadəcə olaraq regionda gərginlik ocağının alovlanmasına səbəb ola bilər”.

Millət vəkili deyib ki, Tovuz döyüşləri vaxtı Ermənistan Rusiyanı təxribata çəkmək üçün siyasət işlədirdi:

“Amma bu, baş tutmadı. İstənilən halda Prezidentin Rusiya lideri Putinə zəngi Azərbaycanın öz hüquqlarını yüksək səviyyədə qoruduğunun, qonşu dövlətlərlə münasibətlərə həmişə önəm verdiyinin göstəricisidir”.

Tarix
2020.08.13 / 17:08
Müəllif
Tural Turan
Digər xəbərlər

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

Qardaş ölkə Ermənistana səfir göndərdi - İlk dəfə

Qarabağa səfərlərin təşkili mühüm əhəmiyyətə malikdir

Diplomatlar Ağdərə və Kəlbəcərə yola düşdü

Trampın Ukrayna uğursuzluğunun səbəbi - Səfir açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla