Yuxarı

Ceyhun Bayramov yunan səfirlə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ceyhun Bayramov yunan səfirlə görüşdü

Xarici İşlər naziri Ceyhun Bayramov Yunanıstan Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Nikolaos Piperigosun etimadnaməsini qəbul edib.

Axar.az xəbər verir ki, görüşdə Azərbaycan və Yunanıstan arasında mövcud olan əməkdaşlıq münasibətləri üzrə fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov səfir Nikolaos Piperigosu təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə inandığını bildirib.

Öz növbəsində, Nikolaos Piperigos ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd edib. O, Yunanıstan Xarici İşlər nazirinin təbriklərini nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb və diplomatik fəaliyyəti dövründə iki ölkə arasındakı əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüş zamanı, habelə iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2020.08.27 / 20:01
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla