Axar.az
Yuxarı

İrəvanın təhrikçi bəyanatı danışıqlara zərbə vurur - Bayramov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər naziri Ceyhun Bayramovun Moldova Xarici İşlər və Avropaya İnteqrasiya naziri Oleq Tulea ilə telefon danışığı baş tutub.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, Moldova tərəfinin təşəbbüsü əsasında keçirilən telefon danışığı zamanı nazir Oleq Tulea Ceyhun Bayramovu Xarici İşlər naziri təyinatı münasibətilə təbrik edib və həmkarına xoş arzularını çatdırıb.

Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan bir sıra məsələlər, o cümlədən siyasi, iqtisadi, ticarət və digər sahələrdə münasibətlərin genişləndirilməsi üzrə fikir mübadiləsi aparıblar. İki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin tezliklə video-görüş formatında keçirilməsinə dair razılıq ifadə edilib. Azərbaycan və Moldova arasında iqtisadi-ticarət sahəsində əməkdaşlığın daha da inkişafı və mövcud potensialdan tam istifadə olunmasının əhəmiyyəti vurğulanıb.

Nazir Oleq Tulea COVİD-19 pandemiyası ilə mübarizədə Azərbaycan tərəfinin Moldovaya göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib. Tərəflər qlobal sağlamlıq böhranı ilə mübarizədə beynəlxalq həmrəyliyin və əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Nazir Ceyhun Bayramov həmkarına Ermənistanın bölgədə gərginliyi artıran son təxribatçı fəaliyyəti, o cümlədən Ermənistan rəhbərliyinin təhrikçi bəyanat və əməlləri barədə ətraflı məlumat verib, bu kimi fəaliyyətin münaqişənin danışıqlar yolu ilə həllinə zərbə vurduğunu qeyd edib. Bu gün də iki dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində Azərbaycanlı hərbi qulluqçunun şəhid olduğunu bildirən nazir, bu cinayətin bütün məsuliyyətinin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb.

Nazirlər telefon danışığı zamanı, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Tarix
2020.09.21 / 15:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Gürcüstanda seçkilər başa çatdı: səslər hesablanır

Moldova mətbuatı: Uşaqların günahı nədir?

Hər şey Qarabağda məhv edildi: İrəvan özü müdafiəsizdir

Bakı sona qədər gedəcək və Moskva... - Arkov

Qobl: Azərbaycan ordusu şansı qaçırmaq istəmir

5 rayonun demək olar ki, hamısı azad edilib - Prezident

Müharibəni dayandırmağın yeganə yolu... - İlham Əliyev

Siz onları Bakıda görmüsünüz, döyüşdə yox - İlham Əliyev

Prezident: Dəfələrlə demişəm, nəyin bahasına olursa-olsun...

Bu, ədalət, milli qürur və beynəlxalq hüquq məsələsidir

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla