Yuxarı

Latviyanın keçmiş prezidenti İlham Əliyevə məktub yazdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Axar.az məktubun mətnini təqdim edir:

"Hörmətli Prezident Əliyev.

Dağlıq Qarabağda davam edən hərbi əməliyyatlarla yanaşı, tarixi Gəncə şəhərinin dəhşətli hücumlara məruz qalmasından böyük kədər hissi keçiririk. Bu dəhşətli zorakılığın qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı veririk.

Biz Sizin rəhbər kimi daşıdığınız məsuliyyətli yükü yalnız təsəvvür edə bilərik. Amma inanırıq ki, müdrikliyiniz və qətiyyətliyiniz sayəsində düşmənlərinizə və maneələrə baxmayaraq ölkənizi bu ağır sınaqdan uğurla çıxararaq ədalətə və beynəlxalq hüquqa hörmətə əsaslanan sülhə doğru aparacaqsınız.

Oktyabrın 18-i - Azərbaycanın müstəqilliyini qeyd etdiyimiz bu gün gələcəyə baxarkən keçmiş nailiyyətlərimizdən güc və inam almaq üçün daha bir səbəbdir. Gəncə və bütün Azərbaycan vətəndaşları ilə həmrəy olduğumuzu vurğuladığımız bir vaxtda bu gün həm də gələcək barədə düşünmək üçün bir imkandır.

Dəstəyimizi və ən xoş arzularımızı qəbul etməyinizi xahiş edirik.

Vaira Vike-Freyberqa

1999-2007-ci illərdə Latviyanın Prezidenti,

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri.

İsmail Serageldin

1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti,

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri".

Tarix
2020.10.18 / 15:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla