Axar.az
Yuxarı

Ermənistanın “suriyalı muzdlu” planı de-şifrə oldu

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 27-də işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində hərbi əməliyyatlar başlayandan sonra məğlub olan Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü əsas ittihamlardan biri “muzdlu döyüşçülər”in müharibədə istifadə edilməsi idi.

Bu ittihamların saxta olduğu və işğalçının iddialarının hədəfi də məlumdur:

1. Azərbayanı “terrorçu” kimi göstərmək;

2. Dünya ölkələrinin hərbi əməliyyatlara müdaxiləsini təmin etmək;

3. Üçüncü ölkələrin müdaxiləsi ilə status-kvonu qorumaq;

4. Diqqəti Qarabağa gətirdikləri PKK və Yaxın Şərqdəki erməni terror qruplaşmalarından yayındırmaq;

Ermənistanın havadarları da bu kampaniyada işğalçıya dəstək verdi, lakin bu günə qədər heç bir fakt təqdim olunmayıb.

Ermənistanın müdafiə naziri David Tonoyanın erməni əsgərlərlə çəkdirdiyi foto isə işğalçı ölkənin Azərbaycana qarşı “muzdlu döyüşçü” iddialarını tamamilə alt-üst etdi və sübut olundu ki, “suriyalı muzdlular” işğalçının qurduğu teatrdır.

Tonoyanın sözçüsü Şuşan Stepanyan fəxrlə paylaşdığı fotoda müdafiə nazirinin yanında əyləşən erməni əsgərin əynində Azərbaycan Dövlət Sərhəd Xidmətinin forması var, digər bir əgərin geyindiyi şalvar da DSX-nın formasıdır. Erməni əsgərlərin acınacaqlı vəziyyətdə olduğu məlumdur, lakin diqqətçəkən əsas məqam məhz Azərbaycan sərhədçilərinin formasının erməni ordusu tərəfindən niyə, hansı məqsədlə istifadə edilməsidir.

Ermənistanın “suriyalı muzdlular” iddiası belə idi ki, Yaxın Şərqdən gələn döyüşçülər Dövlət Sərhəd Xidmətinin hərbi forması geyinir. Hətta Şuşan Stepyan bununla bağlı video yaymışdı. Videoda görünürdü ki, DSX-nin formasını geyinən əsgələr hərəkət edir, videonu çəkən ermənilər də onların “muzdlular olduğunu” deyirlər.

Tonoyanın yanında əyləşmiş erməni əsgərlərin ikisində DSX-nin hərbi geyiminin olması sübut etdi ki, yayılan fotolarda və videolardakı “muzdlu əsgərlər” elə ermənilərin özləridir və onlardan iki cür istifadə edir.

Birinci: həmin əsgərlərin foto və videolarını çəkərək, “Azərbaycanın muzdlu döyüşçüləri” adı ilə yayır;

İkincisi: döyüş vaxtı ölən bu əsgərləri Azərbaycan tərəfindən vuruşan “muzdlular” olaraq göstərir;

Türkiyənin Anadolu agentliyi kəşfiyyat mənbələrinə istinadən yazır ki, Ermənistan PKK terrorçularını Şuşaya yerləşdirib.

“PKK terrorçularına Azərbaycanın hərbi forması geyindirilir, bununla həm Azərbaycan əsgərini çaşdırırlar, həm də bu terrorçular öldürüləndə onların Azərbaycan tərəfindən döyüşən “muzdlular” olduğu fikrini irəli sürəcəklər”, - agentlik yazır.

Hərbi əməliyyatlar zamanı əsir götürülən erməni əsgər Albert Mikaelyan da PKK terrorçularının Qarabağa gətirildiyini, hər bir muzdlunun 600 dollar maaş aldığını bildirib.

David Tonoyanın görüş fotosu da işğalçı ölkənin DSX-nin hərbi geyimindən Azərbaycana qarşı “suriyalı muzdlular” planında istifadə etdiyini təsdiqlədi. Şuşan Stepyanın təcili şəkildə fotonu silməsi də Ermənistanın planının ifşa edilməsinin qarşısını almaq cəhdi idi, lakin hər şey ortaya çıxdı.

Bu fakt qarşısında Ermənistanın saxta iddialarına istinadən Azərbaycanı ittiham edənlər nə deyəcəklər, ümumiyyətlə deməyə sözləri varmı?

Tarix
2020.10.26 / 15:23
Müəllif
Asif Nərimanlı
Şərhlər
Digər xəbərlər

Ermənilər nəyə və necə hazırlaşır? – Sensasion detallar

Qargisyan: Nikol istefa verməli, ağır vəziyyətdən çıxmalıyıq

Andrey Petrov: Fransa bu prosesdən çoxdan çıxıb

Azərbaycan Fransaya nota verdi

Mixaylov: Paşinyan hakimiyyətdə qalacaq, çünki... - Video

Bayramov əfqanıstanlı həmkarı ilə danışdı

Bakıya dəstək olan fransız senator detalları açıqladı

Çavuşoğlu və Stoltenberq arasında Qarabağ müzakirəsi

Avropada “Martsax” adlı ikinci erməni dövləti... - Deputat

Vasitəçiyə inam yoxdursa, demək o... – Əhmədov

KULT
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla