Yuxarı

Koopmans Azərbaycanı müdafiə etdi: Səfirdən təşəkkür...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 28-də Azərbaycan Respublikasının Niderland Krallığındakı səfiri Fikrət Axundov bu ölkənin hakim "Azadlıq və Demokratiya naminə Xalq Partiyası"nın deputatı, Parlamentin Xarici Əlaqələr Komitəsinin üzvü Sven Koopmansla görüşüb.

Axar.az xəbər verir ki, bu barədə ölkəmizin Niderlanddakı səfirliyindən məlumat yayılıb.

Görüşdə F.Axundov Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və hüquqi aspektləri, Ermənistan tərəfindən bu ilin iyul-sentyabr aylarında Azərbaycana qarşı həyata keçirdiyi hərbi təxribatlar, son bir ayda tərəflər arasında üç dəfə atəşkəsin elan edilməsinə baxmayaraq, işğalçı dövlətin silahlı qüvvələri tərəfindən Azərbaycanın münaqişə zonasından uzaqda yerləşən şəhərlərinə və mülki əhalisinə raket hücumlarının edilməsi barədə məlumat verib. Həmçinin bildirib ki, oktyabrın 27-28-də Ermənistanın Azərbaycanın Bərdə şəhərinə raket hücumları nəticəsində 25 mülki şəxs həlak olub, 84 nəfər yaralanıb. Səfir dünya ictimaiyyətinin, o cümlədən Niderland mətbuatının bu vandalizm aktlarına susduğunu və ya bu barədə qeyri-obyektiv məlumat yaydığını bildirib.

Səfir F.Axundov Niderlandın anti-türk, anti-İslam mövqeyində olan xristian təmayüllü populist partiyalarının Azərbaycana qarşı ədalətsiz, qeyri-konstruktiv münasibəti və ölkə ictimaiyyətini yanlış məlumatlandırması ilə bağlı narahatlığını bildirib, Ermənistan maraqlarını qoruyan millət vəkillərinin ölkəmizə qarşı sanksiyaların irəli sürülməsinə dair təkliflərin Azərbaycan–Niderland münasibətlərinə xələl gətirdiyini qeyd edib.

Diplomat, eyni zamanda, S.Koopmansın təmsil etdiyi hakim partiyanın Azərbaycana qarşı obyektiv mövqe tutduğuna, irqçi və milliyyətçi millət vəkillərinə ölkəmizə qarşı sanksiya tətbiqi ilə bağlı təkliflərinin hüquqi baxımdan qeyri-legitim olduğunu bildirdiyinə görə ona təşəkkür edib.

Səfir diqqətə çatdırıb ki, Ermənistandan fərqli olaraq, Azərbaycan Ordusu yalnız ölkəmizin işğal olunmuş ərazilərində yerləşdirilmiş legitim hərbi obyektləri hədəfə alır.

F.Axundov Dağlıq Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşları olduqlarını, onların bütün hüquqlarının Azərbaycan dövləti tərəfindən qorunacağını bildirib.

Görüşdə regiondakı geosiyasi münasibətlər də müzakirə edilib.

Tarix
2020.10.29 / 08:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla