Yuxarı

Paşinyan: Çox ağır qərar verdim, sənədə imza atdım...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan: Çox ağır qərar verdim, sənədə imza atdım...

Özüm üçün və hamımız üçün çox, çox çətin bir qərar verdim. Rusiya və Azərbaycan prezidentləri ilə Qarabağ müharibəsini saat 01: 00-da bitirmək üçün bir bəyanat imzaladım. Artıq yayımlanan bəyanatın mətni şəxsən mənim üçün və xalqımız üçün ifadə edilə bilməyəcək dərəcədə ağrılıdır.

Axar.az xəbər verir ki, bunun Ermənistan baş naziri Nikol Paşinyan yazıb.

Daha sonra o qeyd edib:

"Bu qərarı hərbi vəziyyətin dərin təhlili və ən yaxşı bilən insanların qiymətləndirməsi nəticəsində verdim; həm də bunun mövcud vəziyyət üçün mümkün olan ən yaxşı həll olduğuna inama əsaslanaraq. Bütün bunları yaxın günlərdə sizə ətraflı izah edəcəyəm.

Bu bir qələbə deyil, ancaq uduzduğunu etiraf etməyincə məğlubiyyət olmayacaq.

Özümüzü heç vaxt uduzan kimi tanımayacağıq və bu, milli birlik və dirçəliş dövrümüzün başlanğıcı olmalıdır.

Gələcəyimizi planlaşdırmaq və keçmişdəki səhvləri təkrarlamamaq üçün müstəqilliyimizi təhlil etməliyik”.

Sonda N.Paşinyan “artsaxı silas edən” “qurbanlar” qarşısında baş əydiyini bildirib və “Yaşasın Ermənistan”la bərabər, yenə də “Yaşasın Artsax” yazıb.

Tarix
2020.11.10 / 02:02
Müəllif
Axar.az
Digər xəbərlər

Rixard Raşi Azərbaycana gəldi

Kılıç və Qrono sülh prosesini müzakirə etdi

Azərbaycanlı və erməni ekspertlər Londonda - Foto

Britaniya səfirinin diplomatik fəaliyyəti başa çatdı

Şərif İlham Əliyevə zəng etdi: Bakıya gələ bilmir!

Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş...

Onlar ya Paşinyana, ya da Azərbaycana məğlub olacaqlar

Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi - Foto

Bakı neftinin ilk partiyasını daşıyan tanker Yaponiyaya çatdı

Milli Məclisin iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla