Yuxarı

Hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür - Nazir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür - Nazir

Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür. Bu proses məktəbdə formalaşır və çox ciddi problemdir.

Axar.az APA-ya istinadla xəbər verir ki, bunu PİSA 2025 – Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, Azərbaycanda oxu bacarıqlarının inkişafına kifayət qədər diqqət yetirilmir:

“Buna müəllimlərin işə qəbulundan və sertifikatlaşdırılmasından başlamalıyıq. Amma yalnız qrammatik suallar və dil qaydalarını bilməyi yoxlayan suallar versək, heç bir dəyişiklik əldə etməyəcəyik. Bu, oxu bacarıqlarına təsir etmir”.

O vurğulayıb ki, Azərbaycan oxu bacarıqları üzrə əsaslı şəkildə geri qalır. Belə ki, PİSA 2025 nəticələrinə əsasən, Azərbaycan bu göstərici üzrə 71-ci yerdə qərarlaşıb:

“Bu, bizim müəllimlərimizin və təhsil ictimaiyyətinin ən ciddi şəkildə müzakirə etməli olduğu məsələlərdən biri olmalıdır”, - nazir əlavə edib.

Tarix
2026.09.08 / 13:58
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla