Yuxarı

İlham Əliyev Ərdoğana zəng etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Ərdoğana zəng etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Axar.az xəbər verir ki, dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanı ad günü münasibətilə təbrik edib, dost və qardaş Türkiyənin inkişafı və firavanlığı naminə ona fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Türkiyə Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə təşəkkür edib.

Prezident Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı ilə əlaqədar dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib.

Azərbaycan Prezidenti başsağlığına görə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan-Türkiyə münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə edib, əlaqələrimizin gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Tarix
2021.02.26 / 16:42
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda dini liderlərin mühüm iclası başladı

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla