Yuxarı

Bayramovun məktubu BMT sənədi kimi yayıldı - XİN

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramovun məktubu BMT sənədi kimi yayıldı - XİN

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun cari ilin 22 fevral tarixində BMT-nin Baş katibi Antonio Quterreşə ünvanlandığı, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin mina və digər partlayıcı sursatlar ilə kütləvi çirklənməsindən irəli gələn ciddi təhlükə və Ermənistanın minalanmış ərazilər ilə bağlı müvafiq məlumatı verməkdən imtina etməsinə dair məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.

Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məktubda münaqişədən sonrakı dövrdə Azərbaycanın azad edilmiş ərazilərində mina və digər partlayıcı sursatların mövcudluğunun azərbaycanlı hərbiçilərin və mülki şəxslərin sağlamlığına ciddi təhlükə olduğu qeyd olunur.

Bildirilir ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından sonrakı dövrdə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində mina partlayışı nəticəsində 9 mülki şəxs daxil olmaqla, 15 vətəndaş həyatını itirib və 8 mülki şəxs daxil olmaqla, 65 vətəndaş ciddi yaralanıb.

Məktubda vurğulanır ki, Azərbaycanın azad edilmiş ərazilərinin minalarla kütləvi şəkildə çirklənməsi bu ərazilərdə geniş bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə ciddi maneələr yaradır.

Nazir Ceyhun Bayramov BMT Baş katibinin diqqətinə çatdırır ki, Ermənistan minalanmış ərazilər ilə bağlı dəqiq məlumatın verməkdən imtina etməklə beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini ciddi şəkildə pozur. Burada, həmçinin vurğulanır ki, Ermənistan tərəfindən basdırılmış minaların insan həyatına son qoyması müharibə cinayətidir.

Tarix
2021.03.04 / 14:09
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla