Yuxarı

Rusiya erməni ordusunu niyə modernləşdirir?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ermənistan ordusunu modernləşdirməsi qəribə bir təzad yaradır. Məsələ ondadır ki, bu gün Rusiya Qarabağda sülhməramlı missiyanı icra edir. Rəsmi Moskva başa düşməlidir ki, Azərbaycan ərazisində sülhməramlı missiya icra edərkən paralel olaraq Ermənistan ordusunu yenidən modernləşdirə bilməz.

Bu sözləri Axar.az-a politoloq Teymur Qasımlı Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı zamanı Ermənistan ordusunun Rusiya ilə birlikdə modernləşdirilməsi məsələsinə toxunmasını şərh edərkən deyib.

O bildirib ki, Prezidentin “hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq” sözləri çox şeydən xəbər verir:

“Yəni Ermənistan tərəfi gərginliyi yenidən artırsa, revanş niyyəti güdsə, Qarabağa qanunsuz şəkildə hərbi birləşmələri cəmləsə, bunun qarşısı ən sərt şəkildə alınacaq.

Prezidentin bu sözləri həm də ondan xəbər verir ki, 3-cü Qarabağ müharibəsi baş verməyəcək. Yəni Ermənistanın yenidən güclənməsi, Azərbaycan ərazilərinə təcavüz etməsi və s. kimi əməllər öncədən aşkar edilib vaxtında məhv ediləcək.

Rusiya təəssüf ki, bu gün Fransanın etdiklərini təkrarlayır. Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olmasına baxmayaraq, 44 günlük müharibədə Ermənistana siyasi və maliyyə dəstəyi vermişdi. Bu gün Rusiya da bənzər şəkildə davranışlar sərgiləyir. Ən azından Azərbaycan ərazisində sülhməramlı missiyanı yerinə yetirən Rusiya indiki halda Ermənistan ordusunun modernləşdirilməsində iştirak etməməli idi. Əgər rəsmi Moskva bunu edirsə, demək, onun sülhməramlı missiyasını ədalətlə yerinə yetirdiyi şübhə altına düşür”.

Tarix
2021.04.13 / 16:19
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla