Yuxarı

Bizim münasibətlər zamanın sınağından çıxıb - Prezident

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bizim münasibətlər zamanın sınağından çıxıb - Prezident

Aleksandr Qriqoryeviç, Sizi Azərbaycanda bir daha səmimi qəlbdən salamlayıram. Sizin səfəriniz ölkələrimiz arasında dostluq münasibətlərinin daha da inkişaf etməsi üçün çox böyük əhəmiyyətə malikdir. Səfər dünən başlanıb. Dünən biz ətraflı söhbət apardıq, ikitərəfli gündəliyə aid praktiki olaraq bütün məsələləri, habelə regional problemləri müzakirə etdik. Mən Dağlıq Qarabağ münaqişəsi həll ediləndən sonra yaranmış vəziyyət barədə Aleksandr Qriqoryeviçi məlumatlandırdım. Müzakirə etdiyimiz bütün məsələlər barədə tam qarşılıqlı anlaşma var.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə mətbuata bəyanatla çıxış edərkən deyib.

“Bu gün danışıqlar davam etdi. Biz xarici işlər nazirlərinin, habelə nümayəndə heyətlərinin üzvlərinin iştirakı ilə geniş tərkibdə ətraflı söhbət apardıq. Bizim münasibətlərimiz artıq zamanın sınağından çıxıb. Bu münasibətlərin çox yaxşı tarixi var. Biz qarşılıqlı əlaqələrimizin bütün dövründə həmişə münasibətlərimizin inkişafı ilə bağlı məsələləri həll etmişik. Bizim aramızda heç vaxt həll edilməmiş və ya hansısa operativ müdaxilə tələb edən məsələlər olmayıb. Biz hədəflərimizi çox dəqiq müəyyən etmişik, icraçılara konkret tapşırıqlar vermişik və qarşıya qoyulmuş məsələlərin reallaşdırılmasına nəzarət etmişik. Bundan ötrü müntəzəm görüşlər keçirmişik və keçiririk. Mən dəfələrlə Belarusa, Aleksandr Qriqoryeviç isə Azərbaycana səfər edib. Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır və yenə də belə olacaq. Pandemiya ilə əlaqədar bir qədər fasilə yaranıb, lakin vəziyyət imkan verən kimi biz Aleksandr Qriqoryeviçi salamlamağa çox şadıq və Azərbaycana səfər etməsi barədə dəvətimizi qəbul etdiyi üçün ona təşəkkürümü bildirmək istərdim.

Siyasi baxımdan müntəzəm surətdə həm dövlət başçıları, həm də xarici siyasət idarələrinin başçıları səviyyəsində məsləhətləşmələr aparılır. Biz fəal əməkdaşlıq edirik, beynəlxalq strukturlarda bir-birimizi dəstəkləyirik və gələcəkdə də belə edəcəyik”, - İlham Əliyev bildirib.

Tarix
2021.04.14 / 22:01
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan İlham Əliyevi təbrik etdi

Konsulun cənazəsi Azərbaycana gətirildi

Diplomatın nəşinin Azərbaycana göndərilməsi üçün... - İran

Ceyhun Bayramov Nyu Yorka getdi

Dünya liderləri İlham Əliyevi təbrik edir

İlham Əliyev İordaniya Kralını təbrik etdi

Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan

Ağ Ev Ərdoğan adından paylaşdı - Ankara sildirdi

Azərbaycan Pakistana başsağlığı verdi

İran səfiri konsulumuza görə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla