Yuxarı

Lukaşenko sirləri açdı: Əliyev İrəvana pul təklif etmişdi - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lukaşenko sirləri açdı: Əliyev İrəvana pul təklif etmişdi - Video

İlham Əliyev Paşinyandan əvvəlki hakimiyyətə konfliktin sülh yoluyla həllinə razılıq verəcəyi təqdirdə Qarabağı bərpa etməklə bərabər, Ermənistanı da qaldırmacağını təklif etmişdi.

Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda İlham Əliyevlə birgə keçirdiyi tədbirdə deyib. Görüşün görüntüsünü “Belarus 1” dövlət kanalı yayıb.

“Mən prezident olmayanda çoxlu yaxşı şeylər danışacağam. İlham Heydər oğlu erməni xalqına və Ermənistanın rəhbərliyinə bu konflikti sülhlə nizamlamağı təklif etmişdi. Təkliflərdən birini o mənə dedi: “Qulaq as, sənin ermənilərlə yaxşı münasibətlərin var. Onlara çatdır ki, mən təkcə Qarabağı yox, Ermənistanı da qaldırmağa, inkişaf etdirməyə hazıram (Lukaşenko bu məqamda Prezident İlham Əliyevə dönərək, “O zaman sən bunu mənə deyəndə neft hələ 100 dollar idi” deyir). Mən pulun məbləğini demirəm. İlham Əliyev dedi ki, mən dərhal ödəməyə hazıram, onlara de ki, bu məsələnin sülhlə həll olunmasına razı olsunlar. Mən bunu ilk dəfə ictimai şəkildə deyirəm”, - deyə Lukaşenko bildirib.

Bundan sonra Azərbaycan Prezidentinə dönən Belarus lideri bunu deməyindən onun narazı qalıb-qalmadığını soruşub. İlham Əliyev isə ona “Aleksandr Qriqoryeviç, nə istəyirsən danış. Sən artıq hər şeyi danışdın” deyə, gülərək reaksiya verib.

Lukaşenko daha sonra çıxışını davam etdirərək, Paşinyandan öncəki Ermənistan rəhbərliyinin bundan imtina etdiyini bildirib.

Tarix
2021.04.15 / 13:07
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü - Foto

Bayramov Polşada mühüm konfransda iştirak etdi

Prezident bu ölkədəki səfirimizi geri çağırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla