Yuxarı

Bu, ermənilərin Ordumuzu əməliyyata dəvət etməsidir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan daxilində seçkinin təxirə salınmasını istəyən qüvvələr var. Həmin qüvvələr Nikol Paşinyanın seçkidə yenidən qələbə qazanacağını proqnozlaşdırır və bunu həzm edə bilmirlər. Sərhəddə vəziyyət gərginləşməkdə davam edərsə və müharibə ehtimalı artarsa, Ermənistanda parlament seçkiləri təxirə salınacaq. Həmin qüvvələrə də elə bu lazımdır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, həmin qüvvələr sərhəddə vəziyyətin gərginləşməsində, toqquşmaların başlamasında maraqlıdırlar. Onlar bu yolla Paşinyanın sonunun gələcəyini düşünürlər.

Politoloq onu da vurğulayıb ki, Müdafiə Nazirliyinin açıqlamasında ermənilərin Gədəbəy, Kəlbəcər və Şuşa istiqamətində atəşkəsi pozduqlarını bildirməsi ermənilərin növbəti anti-terror əməliyyatına Azərbaycan Ordusunu dəvət etməsidir:

“Rusiya hərbçiləri separatçı-terrorçuları tərk-silah etməliydi. Etməyiblər, ona görə də Azərbaycan Ordusu hərəkətə keçə bilər”.

Tarix
2021.05.27 / 08:45
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident bu sözləri deyərkən kövrəldi - Video

Prezidentlə Ağ Şəhərdə xoşbəxtlik selfisi...

İlham Əliyev onları ayaqüstə alqışladı - Video

Mehriban Əliyeva Ağdam səfərindən video paylaşdı

Prezidentin vətəndaşla söhbəti: Mənim də ad günümdür - Video

Yekun qərarı Bakı verəcək - Ərdoğanın müşaviri

Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında

Prezident kanat yolundan danışdı

İlham Əliyevin hesabında Ağdamdan görüntülər yayıldı - Video

Bakıdan Pakistan-Hindistan atəşkəsinə reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla