Yuxarı

İtaliya Qarabağda fəaliyyətini davam etdirəcək - Səfir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya Azərbaycanın azad olunmuş ərazilərində yenidənqurma işlərinə yaxından cəlb olunub. Bu fəaliyyət bundan sonra da fəal sürətdə davam edəcək.

Axar.az xəbər verir ki, bunu İtaliyanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri mayın 12-də etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərkən deyib.

O, İtaliya Prezidenti Sercio Mattarellanın salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev İtaliya Prezidentinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İtaliyanın dövlət başçısına çatdırmağı xahiş edib.

Azərbaycanla İtaliyanın dost və strateji tərəfdaşlar olduğunu deyən Klaudio Taffuri ölkəmizə səfir təyin edilməsindən məmnunluğunu bildirib, fəaliyyəti dövründə ikitərəfli əlaqələrimizin daha gücləndirilməsi üçün səylərini əsirgəməyəcini deyib.

Səfir Prezident İlham Əliyevin 2020-ci ildə İtaliyaya dövlət səfərini xüsusilə qeyd edərək ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu bildirib.

Tarix
2021.06.12 / 15:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla