Yuxarı

“Qarabağ savaşı” termini qadağan olunsun - Moskvadan baxış

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün dünya KİV-lərində, o cümlədən Azərbaycanda tez-tez işlədilən “Qarabağ müharibəsi” termini üzərində düşünərkən belə qənaətə gəlmək olar ki, bu termin Azərbaycanın milli maraqlarına ciddi ziyan verir. Düzdür, həqiqətən də Dağlıq Qarabağ Azərbaycanla Ermənistan arasında hərbi toqquşmanın başlanmasının ilk ərazisi olub. Lakin sonradan erməni hərbi bölmələri bu keçmiş muxtar vilayətə aidiyyəti olmayan digər Azərbaycan torpaqlarını da işğal etdi.

Bu sözləri Axar.az-a Plexanov adına Rusiya İqtisad Universitetinin Politologiya və sosiologiya kafedrasının dosenti, “Rusiya zabitləri” ekspert şurasının üzvü Aleksandr Perenciyev deyib.

“Yəni, ermənilər Azərbaycanın qərb ərazilərinin böyük hissəsini işğal etdi. Dağlıq Qarabağ isə bu ərazilərin kiçik bir parçası idi. Azərbaycan hərbi birləşmələri 44 günlük müharibə zamanı ilk növbədə Dağlıq Qarabağın özünə heç bir aidiyyəti olmayan qərb torpaqlarını işğaldan azad etdi. Sonra isə Dağlıq Qarabağın da böyük hissəsi 30 illik işğaldan azad olundu”, - ekspert bildirib.

A.Perenciyev “Qarabağ müharibəsi” ifadəsinin Azərbaycan üçün siyasi anlamda ziyanlarını belə izah edib:

“Birinci, “Qarabağ müharibəsi” termininin işlədilməsi, ilk növbədə, Ermənistan tərəfinə silahlı mübarizənin getdiyi bütün əraziləri “Dağlıq Qarabağ” kimi təqdim etmək imkanı verir.

İkinci, birinci tezisdən irəli gələrək, rəsmi İrəvan bunu “bayraq” edərək, beynəlxalq hüququn bütün digər subyektlərinə Ermənistanla Azərbaycan arasında konfliktin məhz guya “mübahisəli” Dağlıq Qarabağa görə davam etməsini sübüt etməyə çalışır.

Yəni “Qarabağ” termini Ermənistan rəhbərliyinə, onun diplomatlarına, ekspertlərinə və rəsmi İrəvan tərəfində çıxış edən bütün şəxslərə müharibənin “mübahisəli ərazilər” uğrunda aparıldığını müxtəlif arenalarda iddia etmələrinə imkan verir. “Qarabağ savaşı” termini ermənipərəst qüvvələrin bu “mübahisəli” sözünü bütün işğal edilmiş Azərbaycan ərazilərinə şamil etməsinə zəmin yaradır. Əslində isə heç Qarabağın özü belə heç vaxt mübahisəli ərazi olmayıb.

Üçüncü, “Qarabağ müharibəsi” termini, ümumiyyətlə, işğal altında olan ərazilərin qaytarılması üçün Azərbaycan tərəfinin apardığı Vətən müharibəsinin xarakterini əks etdirmir. Bu, rəsmi Bakının düşmənlərinə Azərbaycanın guya “aqressor” olduğunu deməyə zəmin yaradır”.

Perenciyev bildirib ki, Azərbaycan xalqı üçün zərərli olan “Qarabağ müharibəsi” termini Azərbaycanın öz əbədi qərb ərazilərinin azad edilməsi uğrunda gedən “Vətən müharibəsi” ifadəsi ilə tam olaraq əvəzlənməlidir:

“Düzdür, Azərbaycanda 44 günlük müharibə rəsmi olaraq “Vətən müharibəsi” adlanır. Amma KİV “Qarabağ müharibəsi” terminini istifadə etməyə davam edir.

Ən azından, ilkin olaraq Azərbaycan Respublikasının ərazisində “Qarabağ müharibəsi” termini ümumiyyətlə qadağan edilməlidir”.

Tarix
2021.06.29 / 21:36
Müəllif
Əli Məmmədov
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla