Yuxarı

Strateji hədəf: Bakı və Ankara buna nail olmaq istəyir - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Strateji hədəf: Bakı və Ankara buna nail olmaq istəyir - Video

16:34

Gorus-Qafan yolunun açılması üçün aparılan danışıqlar hələ də davam edir. Azərbaycanın öz suveren ərazisindən keçən yolu bağlamasının, artıq iki gündür davam edən danışıqlar masasına əyləşməsinin taktiki və strateji hədəfləri var.

Taktiki hədəf: Azərbaycan hərbçisini süngü ilə yaralayan erməni hərbçisinin cəzalandırılması.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatında bildirilir ki, Azərbaycan Dövlət Sərhəd Xidməti hadisə ilə bağlı onlara məlumat verib və Ermənistan tərəfi hazırda bu məlumatlarla bağlı əməliyyat-istintaq tədbirləri həyata keçirir.

Bakı əlindəki rıçaqı işə salmaqla əsgərinə süngü ilə hücum edən erməni hərbçilərini Ermənistanın əli ilə cəzalandırır.

Strateji hədəf: Ermənistanı bloka salmaqla tələblərini qəbul etdirmək;

- Sərhədin delimitasiyası və demarkasiyasına məcbur edə bilər;

- Zəngəzur dəhlizində işlərə başlanmasına nail ola bilər.

Azərbaycan yekun hədəfi “sülh müqaviləsi”nin imzalanmasıdır, lakin buna qədər cari hədəflərə nail olunmalıdır: sərhəd məsələsinin həlli Qarabağda, Zəngəzur dəhlizinin açılması qlobal siyasətdə əlimizi gücləndirir;

Burada diqqətçəkən məqam Nikol Paşinyanın Gorus-Qafan yolunun bağlanmasından sonra “Türkiyədən müsbət siqnallar alırıq, müsbət cavab verəcəyik” açıqlamasını verməsidir. İstisna deyil ki, Ankara İrəvana göndərdiyi müsbət siqnalların qarşılığında Zəngəzur dəhlizi şərtini irəli sürüb, Bakı da əlindəki rıçaqla Ermənistana buna məcbur edir: Bakı və Ankara Zəngəzur dəhlizində işlərin başlanmasına nail olmaq istəyir.

Yolun açılması ilə bağlı danışıqların uzanması da gündəliyin sərt olduğundan xəbər verir.

Tarix
2021.08.27 / 17:42
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Prezidentin mühafizəçiləri ilə bağlı videonun təhlili...

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

Milli Məclis bu MMC ilə 2 milyonluq müqavilə bağlayıb?

Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları...

Urmiya gölündə suyun səviyyəsi 68 santimetr yüksəldi

Tramp sarsıdıcı zərbə aldı: manevr imkanı məhdudlaşdı

Putin və Si Trampın Şurasına qoşulacaqmı?

Bu nazirin 5 müavini eyni universiteti bitirib

ABŞ-dan Prezidentin kortejinə edilən hücumla bağlı açıqlama

İranlı nazir Azərbaycana gəlir - Səfərin təfərrüatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla