Yuxarı

Bu nazirin 5 müavini eyni universiteti bitirib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu nazirin 5 müavini eyni universiteti bitirib

Azərbaycanın Xarici İşlər Nazirliyinin rəhbərliyində təmsil olunan şəxslər arasında 5 nəfər eyni universiteti bitirib. Söhbət ölkənin ən qədim təhsil ocağı olan Bakı Dövlət Universitetindən gedir.

Axar.az Nocomment.az-a istinadla xəbər verir ki, nazirin ən stajlı müavini olan Mahmud Məmməd-Quliyev 1972-ci ildə indi Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

77 yaşlı diplomat 1996-2001-ci illərdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İsveç və Norveç Krallıqlarında və Danimarka Krallığındakı Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri olub. O, 1993-cü ildən xarici işlər nazirinin müavini vəzifəsində işləyir.

Ceyhun Bayramovun digər müavini Araz Əzimov da bu qədim təhsil ocağının məzunudur. O, 1978-1984-cü illərdə sözügedən ali təhsil müəssisəsində oxuyub. İxtisasca şərqşünasdır.

Araz Əzimov 1994-cü ildən xarici işlər nazirinin müavini vəzifəsində çalışır.

Nazir müavini Samir Şərifov da BDU-nun məzunudur. O, 1993-1997-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq hüquq ixtisası üzrə bakalavr, 1998-2000-ci illərdə həmin ixtisas üzrə magistr və 2000-2003-cü illərdə aspirantura pilləsi üzrə təhsil alıb.

Samir Şərifov Azərbaycan Respublikası Prezidentinin 8 sentyabr 2023-cü il tarixli sərəncamı ilə xarici işlər nazirinin müavini təyin olunub.

Elnur Məmmədovun da yolu BDU-dan keçib. Məmmədov Bakı Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq hüquq ixtisası üzrə bakalavr və magistr səviyyələrini fərqlənmə diplomu ilə bitirib.

2023-cü ilin iyulunda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Elnur Məmmədova “fövqəladə və səlahiyyətli səfir” ali diplomatik rütbəsi verilib.

Nazirin ən gənc müavini olan Yalçın Rəfiyev də Bakı Dövlət Universitetində təhsil alıb. Gənc diplomat 2007-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib.

Yalçın Rəfiyev Azərbaycan Respublikası Prezidentinin 8 sentyabr 2023-cü il tarixli sərəncamı ilə xarici işlər nazirinin müavini təyin olunub.

Tarix
2026.02.21 / 00:44
Müəllif
Axar.az
Digər xəbərlər

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla