Yuxarı

İran niyə sisternləri yox, Bakı-Ankara təlimini “araşdırır”?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəla, Tehran onu araşdırmalıdır ki, İranın hansı strukturunun yanacaqla dolu nəqliyyat vasitələri Azərbaycan sərhədini pozaraq erməni separatçılarına yanacaq məhsulları daşıyır. Bu nə beynəlxalq hüquqa, nə də iki ölkə arasında imzalanan çoxsaylı sazişlərə uyğundur. Tehran Azərbaycanın narahatlığını və notalarını nəzərə almır.

Axar.az xəbər verir ki, bu sözləri Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadənun bu gün keçirdiyi brifinqdə Azərbaycan və Türkiyənin Xəzər dənizində birgə hərbi manevrlər keçirməsinin “Xəzəryanı dövlətlərin ümumi razılığını pozduğu” haqda qənaətini və bunun “Xarici İşlər Nazirliyində araşdırılacağı” bəyanatını şərh edərkən deyib.

Politoloq qeyd edib ki, digər tərəfdən, Azərbaycanın öz hərbi dəniz qüvvələrini modernləşdirmək hüququ var:

“Bunu da ancaq Xəzərdə həyata keçirməklə reallaşdırmaq olar. Azərbaycan öz hərbi dəniz qüvvələrini yalnız strateji müttəfiqi Türkiyənin dəstəyi ilə modernləşdirə bilər. Aydındır ki, Azərbaycan bu işi erməni separatçılarını himayə edən dövlətlərlə edə bilməz və etməməlidir.

Üçüncüsü, Azərbaycanın Xəzərdə zəngin enerji yataqları var, həmin yataqlardan sahilə boru xətləri çəkilib. Azərbaycan bunların təhlükəsizliyi barədə də düşünməlidir. Türkiyə ilə birgə sualtı hücum və müdafiə məşqlərinin bir məqsədi də budur. Azərbaycanın Xəzər dənizindən hasil etdiyi neft və qazı məhz Türkiyə üzərindən dünya bazarlarına daşınır. Demək Xəzərdəki yataqların və boru xətlərinin təhlükəsizliyi həm də Türkiyə üçün əhəmiyyətlidir”.

O ki qaldı Tehranın “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyasını” xatırlatmasına, politoloq qeyd edib ki, Azərbaycan-Türkiyə hərbi təlimləri başqa sahil ölkələrini narahat etmədiyi halda niyə yalnız İran narahat olub?

“Necə olur ki, həm Azərbaycanı, həm də Türkiyəni tərəfdaş ölkə adlandıran İran iki qonşusuna etiraz etməyə qərar verib?

Görünür, məsələ hərbi təlimlərdə deyil. Əslində Azərbaycan-Türkiyə hərbi ittifaqı Azərbaycan və Türkiyənin torpaqlarına iddia edən Ermənistanı narahat etməlidir. Çünki Ermənistan Azərbaycanın və Türkiyənin ərazi bütövlüklərini tanımaqdan yayınır. Ermənistan hər iki ölkə ilə sülh sazişi imzalamadığına görə Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən çəkinir. Türkiyə-Azərbaycan hərbi ittifaqı digər ölkələrə qarşı yönəlməyib.

Buna baxmayaraq, İrəvan kimi Tehran da Azərbaycan-Türkiyə hərbi ittifaqından narahat olmağa başlayıb. İran Türkiyənin Cənubi Qafqazda, o cümlədən Azərbaycanda möhkəmlənməsinə həmişə qısqanc münasibət bəsləyib”.

Politoloq sonda vurğulayıb ki, Azərbaycan üçün milli və təhlükəsizlik maraqları önəmlidir və bu maraqlar Türkiyə ilə ittifaqı gücləndirməyi diktə edir:

“Qarabağdakı separatçı tör-töküntüsünə yanacaq daşıyan dövlət isə bizə tərəfdaş deyil, sadəcə qonşudur”.

Tarix
2021.09.13 / 23:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla