Yuxarı

Erməni deputatlar Hacıyevə səs verəcək - "Şou" başladı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin “Ermənistan” blokundan olan üzvü Zemfira Mirzoyeva Sankt-Peterburqda keçirilən MDB Parlamentlərarası Gənclər Assambleyanın iclasına qatılmaqda imtina edib.

Axar.az xəbər verir ki, bu barədə Z.Mirzoyeva erməni mediasına açıqlamasında deyib.

“Səbəb odur ki, o iclasda Hacıyevanı assambleyaya koordinator seçmək istəyirlər. Hacıyeva Azərbaycanı təmsil edir. Məndə olan məlumata görə, bizim nümayəndə heyəti ona səs verəcək. Mənim üçün bu qəbuledilməzdir. Başa düşmürəm, mənim xalqıma qarşı “cinayət törədən” dövlətin nümayəndəsinə necə səs vermək olar”, - Mirzoyeva deyib.

Zəruri olaraq xatırladaq ki, Zemfira Mirzoyeva erməni deyil, assurdur. Onun ermənidən artıq erməniliyi və erməni yalanlarını bu cür təbliğ etməsi siyasi ikiüzlülükdən və daxildə hakimiyyətə opponentlikdən başqa bir şey deyil.

Qeyd edək ki, oktyabrın 21-22-də keçiriləcək 17-ci iclasda iştirak üçün Milli Məclisin deputatları Emin Hacıyev və Könül Nurullayeva artıq Sankt-Peterburqa gediblər.

İclasda təşkilata koordinatorluq rotasiya qaydasına uyğun olaraq Azərbaycana keçəcək və Milli Məclisin MDB Gənclər PA-dakı nümayəndə heyətinin rəhbəri Emin Hacıyev tədbirə moderatorluq edəcək.

Rotasiya qaydasında olan bir quruma koordinatorluq üzərində siyasi şou qurmaq isə yalnız ermənilərə xasdır.

Tarix
2021.10.21 / 01:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla