Yuxarı

Nikol xalqını başa salır ki, Qarabağ onların deyil...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nikol xalqını başa salır ki, Qarabağ onların deyil...

İndi Ermənistan hakimiyyəti yavaş-yavaş öz cəmiyyətinə başa salır ki, sülh yaxşıdır, Qarabağ torpaqları ermənilərin deyil. Erməni cəmiyyətinin uzun müddətdir ki, yalançı təsirə məruz qaldığını, çox güclü revanşist meyilləri nəzərə alsaq, onun yeni reallığın dərk edilməsinə doğru hərəkət prosesi çox çətin olacaq.

Axar.az xəbər verir ki, bu fikri rusiyalı hərbi ekspert İqor Korotçenko paylaşıb.

“Azərbaycan Ermənistanla sülhə hazırdır və bunu müntəzəm olaraq bəyan edir. Amma Ermənistan elə bir ölkədir ki, onun son anda nə edəcəyini bilmirsən. Rusiyaya vədlər verir, amma Qərblə “flört” edir. Bu, Qərbin qeyri-kommersiya təşkilatlarının mövqelərinin çox güclü olduğu bir ölkədir. Onların fəaliyyəti dayandırılmayıb, hələ də aktiv fəaliyyət göstərirlər. Bundan əlavə, Nikol Paşinyan bir növ siyasi buqələmundur, situasiyadan asılı olaraq sağ qalmaq üçün siyasi rəngini dəyişir. Həm də qlobal erməni diasporu faktorunu da unutmayaq. Bu gün erməni diasporu müstəqil siyasi faktdır, hətta İrəvandakı hakimiyyətdən də nüfuzludur. Fransada, ABŞ-da, Rusiyadakı erməni diasporu bu və ya digər şəkildə Ermənistana təsir edən siyasi qərarların qəbulu və həyata keçirilməsində özünü təmin edən qurumdur. Açığı, bütün bu amillərə görə Ermənistanın Azərbaycanla sülh yolu ilə nizamlanması üzrə öhdəliklərini birmənalı şəkildə yerinə yetirəcəyini gözləyə bilmərik. Amma eyni zamanda, Cənubi Qafqazda sülhün əldə olunmasında maraqlı olan bütün tərəflər İrəvanın daha konstruktiv mövqe tutmasına kömək etmək üçün birgə çalışmalıdırlar. Əgər bir çox problem aradan qaldırılarsa, o zaman, görünür, sülh müqaviləsi imzalamaq mümkün olacaq”, - rusiyalı ekspert qeyd edib.

Tarix
2022.01.18 / 14:32
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür

Ceyhun Bayramov iranlı həmkarı ilə danışdı

Ermənistanın dərmir yolları türk ölkəsinə verilir? - Rusiya

Pezeşkianın təşəkkür elədiyi ölkəyə SEPAH raket atdı

Bakı Təşəbbüs Qrupu: BMT bu qətnaməsini tam dəstəkləyirik

Azərbaycandan İranın Türkiyəyə raket hücumuna reaksiya

Hindistan Azərbaycana təşəkkür etdi

Türkiyədən alırdı, indi özü ərəb ölkələrinə satır...

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident və xanımı Balayevlə vida mərasiminə əklil göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla