Yuxarı

Paşinyan Ordumuza “daha çox vur” mesajı verdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibədən öncə hərbi eskalasiyanı yetişdirən addımlarını yenidən təkrarlayır: Şuşada yallı gedən, separatçı-terrorçuların qondarma “parlament binasını” Qalaya köçürmək istəyən və bununla sülh prosesini məhv edən Nikol 44 gün ərzində cavabını aldı; 10 noyabr bəyanatında öhdəlik götürən erməni baş nazirin Bakının Qarabağda “Qisas” əməliyyatından sonra sərgilədiyi mövqe də ibarəli desək, Azərbaycana “gəlin, bizi razılaşmanın icrasına məcbur edin” çağırışına bənzəyir.

Nikolun çıxışı faktiki olaraq, bütün öhdəliklərindən imtina etmək, buna paralel olaraq, Azərbaycanın üzərinə öhdəlik qoymaqdır.

a) Paşinyan 10 noyabr razılaşmasının 4-cü bəndinin icrasından imtina etdiyini rəsmi şəkildə elan etdi;

Erməni baş nazir iddia edir ki, Qarabağda Ermənistan ordusunun əsgəri yoxdur, halbuki bir neçə gün öncə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan avqust ayının sonuna qədər erməni hərbi birliklərinin Qarabağdan çıxarılacağını elan etmiş, ondan öncə isə Moskva Bakıya iyun ayına qədər erməni qoşunların çıxarılacağı vədini vermişdi. Nikol təkcə razılaşmanı pozmur, həm də prosesin bütün iştirakçılarını “axmaq” yerinə qoyur və təsdiq edir ki:

- Ermənistan Qarabağda qalan silahlı dəstələrini separatçıların qondarma “müdafiə ordusu”nun tərkibinə daxil edib;

- Sentyabr ayına qədər sonuncu müddətli hərbi qulluqçusu təxris olunsa da, zabit və müqaviləli hərbçiləri Qarabağda qalacaq;

b) Paşinyan Bakıya qarşı “Dağlıq Qarabağ” kartını oynayır;

Erməni baş nazir deyir ki, Azərbaycan və Rusiya Qarabağda “təmas xəttinin” (rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimiz) təhlükəsizliyinə zəmanət verərsə, separatçı-terrorçuların “postlar” qurmasına ehtiyac qalmayacaq.

Və iddia edir ki, separatçı-terrorçuların “mövqe-post” qurmasına ehtiyac Bakının “sülhməramlıların mandatını” təsdiqləməkdən imtinasına görə yaranıb.

Və əlavə edir ki, “Sülhməramlı missiyasının “tam hüquqlu fəaliyyəti” üçün Ermənistan və Rusiyanın imzalarının kifayət etdiyini hesab edirik, əgər belə deyilsə, o zaman “mandat”ın beynəlxalq səviyyədə tanınması və ya onun genişləndirilməsi prosesinə başlamaq lazımdır”.

Paşinyan bununla bir neçə istiqamətdə oyun qurur:

Birincisi, Azərbaycanın Qarabağda “təmas xətti”ni, həm də de-fakto separatçı-terrorçuların mövcudluğunu tanımasını istəyir: “status” iddiasını “etnik ermənilərin təhlükəsizlik və hüquqlarının qorunması” ilə əvəz edən İrəvan “təmas xətti” gedişi ilə bu mövqeyini gücləndirməyə çalışır;

İkincisi, Bakının bunu etməyəcəyini bilir, lakin bu məsələ üzəridən rus sülhməramlıların “mandatı”nı gündəmə gətirməklə Moskvanın əlinə oynayır, onun dəstəyini qazanmağa çalışır;

Üçüncüsü, “sülhməramlı missiyasının genişləndirilməsi prosesi” ilə beynəlxalq ictimaiyyəti – Qərbi prosesə qoşmaq imkanını gündəmə gətirir, bununla həm Moskvaya “siz zəmanət verməsəniz, Qərbə üz tutarıq” mesajı verir, həm də Qərb ölkələrinə çağırış edərək, Qarabağ məsələsində dəstəyi genişləndirmək gedişi edir;

c) Ermənistan Laçın dəhlizinin alternativ marşruta köçürülməsinə könüllü razı olmayacaq;

Paşinyan 10 noyabr bəyanatını öz maraqları çərçivəsində şərh etməklə, dəhlizin köçürülməsini bundan sonra ən yaxşı halda bir il yarım uzatmaq niyyətindədir. Hərçənd, Bakının “Qisas” əməliyyatından sonra dəhlizin yeni marşruta köçürülməsinin sentyabr ayına qədər həyata keçirildiyinə dair razılaşmanın olduğu məlumatları var. Erməni baş nazirin sözləri isə İrəvanın buna qarşı olduğunu təsdiqləyir.

ç) Paşinyan Zəngəzurdan dəhliz verməyəcəyini bir daha elan etdi;

Erməni baş nazir bildirir ki, Naxçıvanla Azərbaycanın qərb rayonları arasında rabitəni təmin etməyə hazırdırdırlar, Ermənistan qanunvericiliyi çərçivəsində sərhəi keçib Naxçıvana gedə bilərlər. Bununla 10 noyabr razılaşmasının 9-cü bəndinə uyğun olaraq Naxçıvana “maneəsiz keçid” vermək niyyətində olmadıqlarını deyir.

Nikolun fikirlərindən çıxan ümumi nəticə və hədəflər belə görünür:

- İrəvan Qarabağdakı “etnik ermənilərlə” bağlı üzərinə düşəni edir, lakin məsələnin əsas ünvanı Rusiyadır: baş verənlərə görə məsuliyyəti Rusiya sülhməramlılarının üzərinə qoyması da buna hesablanıb;

- İrəvanın rolunu arxa plana keçirməklə, Qarabağda Bakı və Moskvanı üz-üzə qoymağa çalışır;

Və həm də Bakıya açıq mesaj verir ki, güc tətbiqi olmasa, razılaşmalar yerinə yetirilməyəcək.

Əliyev “Qisas” əməliyyatından öncə sonuncu çıxışı zamanı elan etmişdi ki:

- Erməni qoşunlar Azərbaycan ərazisindən çıxmalıdır;

- Naxçıvana “maneəsiz keçid” təmin edilməlidir;

- Razılaşmalara əməl edilməsə, Bakının cavab addımları olacaq.

“Qisas” əməliyyatı bu cavablardan biri hesab edilə bilər və əsas hədəflərindən biri də İrəvanı razılaşmalara məcbur etməkdir. Hərçənd, erməni baş nazir bunun yetərli olmadığını deyir.

Tarix
2022.08.04 / 16:41
Müəllif
Asif Nərimanlı
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla