Axar.az
Yuxarı

İrəvanın bu addımına nə Bakı dözəcək, nə də Rusiya

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aydındır ki, AB-nin Ermənistandakı missiyanın praktiki nəticəsi olmayacaq. Rəsmi elan edilmiş tapşırıqları yerinə yetirmək üçün 100 müşahidəçi kifayət etmir. AB üçün bu, prosesdə mövcudluğunu və təsirini saxladığına inanmaqdan daha çox özündən razılıq formasıdır. Ermənistan isə hazırda AB missiyasından müharibədən sonrakı prosesləri ləngitmək üçün alət kimi istifadə edir. İrəvan burda Üçtərəfli Bəyanatın müddəalarının həyata keçirilməsi və sülh müqaviləsinin bağlanması məsələsini təxirə salmaq imkanı görür. Bakı belə əyləc praktikasına dözmək fikrində deyil. İlin əvvəlində Prezident İlham Əliyev demişdi ki, Bakının təklifləri qeyri-müəyyən müddətə danışıqlar masasında qalmayacaq. Azərbaycan 1994-2020-ci illərin vəziyyətinin təkrarlanmaması üçün buna imkan verməyəcək.

Axar.az xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Aleksey Naumov deyib.

“Ona görə də söhbət daha çox Ermənistan hakimiyyətinin illüziyalarından gedir. Çünki avropalı müşahidəçilər burdakı vəziyyəti dəyişməyəcək. AB-nin vəziyyətə hər hansı töhfə vermək üçün Azərbaycanın gözündə real gücü, reputasiyası, legitimliyi yoxdur. Rusiya da uzun müddət Rusiya-Ermənistan əlaqələrini pozmağa çalışan İrəvanın bu cür şıltaqlığına dözməyəcək. Ermənistan indi hansısa yolla erməni nöqteyi-nəzərini müdafiə etməyə hazır olan istənilən vasitəçi axtarışındadır. İndi İrəvan onu AB-də tapıb. Amma Ermənistanın Rusiyadan başqa müttəfiqi yoxdur və geosiyasi baxımdan İrəvan Kremillə əməkdaşlığa məhkumdur. Görünür, Ermənistan Rusiyanın Üçtərəfli Bəyanata əməl etmədikdə belə ona güzəştə getməsini gözləyir. Lakin İrəvanın bu cür təxribatı Moskvanı onlarla münasibətə yenidən baxmağa yönləndirəcək. Azərbaycanla da münasibətlər ən yüksək müttəfiqlik səviyyəsindədir və Ermənistandan fərqli olaraq, Bakı özünü konstruktiv aparır”, - o bildirib.

Naumov vurğulayıb ki, Rusiyanın AB-nin Ermənistandakı iki illik missiyasına reaksiyası aydın, lakin təmkinli olacaq:

“Moskva üçün isə bu, siyasi baxımdan xoşagəlməz hadisədir. Aydındır ki, Ermənistan bunu ümidsizlikdən edir. İrəvanın üzərinə götürdüyü öhdəliklərin icrasını gecikdirməsinin başqa yolu yoxdur. Rusiya və Azərbaycan Üçtərəfli Bəyanatın müddəalarının yerinə yetirilməsini tələb edir, Ermənistan isə bunu etməmək və vəziyyəti uzatmaq üçün hər cür fürsət axtarır. Bütün bu siyasi addımlar və simvolik jestlər Ermənistanın Azərbaycanla yeni toqquşmalar zamanı hərbi müqavimət göstərə bilməməsi fonunda baş verir. Yüz avropalı müşahidəçi burada heç nəyi dəyişmir. Vasitəçiləri və missionerləri dəvət edə, bu və ya digər paytaxtdan səslənəcək bəzi sakitləşdirici və ya xoş sözlərə arxalana bilərsiniz. Amma Ermənistan hələ də Qarabağ müharibəsində uduzan tərəf mövqeyindədir. İrəvan Üçtərəfli Bəyanata əməl etməyə məcburdur. Ona görə də uzunmüddətli perspektivdə AB missiyası ancaq zərər gətirəcək. Çünki buna görə Ermənistan öz öhdəliklərinə məhəl qoymamaqda davam edəcək və Nikol Paşinyanın ritorikası daha da təxribatçı xarakter alacaq. Yəni Ermənistan-Azərbaycan münasibətlərinin həlli üçün başqa problem yaranacaq”.

Tarix
2023.01.25 / 15:51
Müəllif
Zeynəb Əkbər
Şərhlər
Digər xəbərlər

İrəvanda müzakirə: Rus ekspertlərə ermənilərin cavabı…

İlham Əliyev fərman imzaladı

Bakıya qarşı plan: ermənilər "əsas gücü" işə saldı

Lavrovun açıqlamasında “sevinməli” nə var?

9 ölkə İstanbuldakı konsulluqlarını niyə bağladı?

Bakıda mühüm iclas: Prezident çıxış etdi - Video

Əliyev səfirliyimizə hücumun qarşısını alanları təltif etdi

Ceyhun Bayramov Bakıda Siyarto ilə görüşdü

Prezident italiyalı naziri qəbul etdi

Yohannisin Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla