Yuxarı

İƏT baş katibi Bayramova zəng etdi, hücumu pislədi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İƏT baş katibi Bayramova zəng etdi, hücumu pislədi

Yanvarın 31-də İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Xusrav Noziri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng edərək ölkəmizin İrandakı səfirliyinə qarşı törədilmiş silahlı hücumu qətiyyətlə pisləyib, səfirlik əməkdaşının qətlə yetirilməsi ilə bağlı öz başsağlığını ifadə edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Axar.az-a bildirilib ki, beynəlxalq hüquq normalarının, o cümlədən “Diplomatik münasibətlər haqqında Vyana Konvensiyası”nın kobud pozuntusu olan bu aktı şiddətlə qınayan baş katib Xusrav Noziri cinayətkarın qısa müddət ərzində məsuliyyətə cəlb edilməsinin zəruri olduğunu bildirib.

Qarşı tərəfə dəstəyə görə təşəkkür edən nazir Ceyhun Bayramov səfirliyimizin 1 əməkdaşının həyatını itirməsi, 2 nəfərin isə yaralanması ilə nəticələnən bu xain terror aktını törədənlərin və onların havadarlarının ədalət qarşısında cavab verməsi üçün tərəfimizdən bütün lazımi tədbirlərin görüləcəyini qeyd edib. Bu cür hücumların qarşısının alınması üçün qəbul edən tərəfin öhdəliyə malik olduğunu vurğulayıb.

Tarix
2023.01.31 / 18:13
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla