Yuxarı

9 ölkə İstanbuldakı konsulluqlarını niyə bağladı?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
9 ölkə İstanbuldakı konsulluqlarını niyə bağladı?

Qərb ölkələri terror təhlükəsi adı ilə İstanbulda konsulluq fəaliyyətlərini dayandırır: səbəb kimi İsveçdə Türkiyə səfirliyinin önündə Quranın yandırılması və buna Avropa ölkələrinin İstanbuldakı diplomatik nümayəndəliklərinə qarşı hücumlarla cavab verilməsi ehtimalı göstərilsə də, hədəfin 14 mayda keçiriləcək prezident və parlament seçkilərində Ərdoğanın səs itirməsi olduğu istisna deyil.

Axar.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı 9 ölkənin İstanbuldakı konsulluqlarını “terror təhlükəsi səbəbindən” bağlaması haqqında qeyd edib.

O bildirib ki, terror təhlükəsi haqda yaradılan rəy Türkiyənin iqtisadi və siyasi mənzərəsinə təsir edə bilər:

- Turist axını azalır, eləcə də xarici investisiya ölkədən çıxır;

- Seçicilərin seçiminə təkcə iqtisadi yox, həm də sabitliyin pozulması üzərindən təsir edirlər və s.

“Seçkilər yaxınlaşdıqca hadisələrin yönləndirilməsinə hesablanmış bu kimi addımların daha intensiv xarakter alacağı, hətta terror hücumlarına cəhdlərin ola biləcəyi də mümkündür”.

Qeyd edək ki, Türkiyə XİN 9 ölkə səfirini bu məsələ ilə bağlı dəvət edib və etirazını bildirib.

Tarix
2023.02.03 / 21:29
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla