Yuxarı

Rusiyada mübahisə: Qafarova nahardan imtina etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyada mübahisə: Qafarova nahardan imtina etdi

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində aprelin 14-də MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 55-ci plenar iclasında çıxış edib.

Axar.az xəbər verir ki, Sankt-Peterburqda keçirilən iclasda Sahibə Qafarovadan sonra Ermənistan parlamentinin sədri Alen Simonyan yenə də erməni xislətinə uyğun əsassız ittihamlar irəli sürüb.

Sahibə Qafarova Ermənistan parlamenti sədrinin ölkəmiz haqqında yalan və əsassız iddialarına cavab verib. Spiker bildirib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 30 illik işğalı zamanı meşələrimizi və qoruqlarımızı məhv edən, təbii sərvətlərimizi qanunsuz istismar edən, torpaq və çayları çirkləndirən bir ölkənin nümayəndəsi kimi Ermənistan parlamenti sədrinin Azərbaycanın suveren ərazilərində hər hansı "ekoloji narahatlıqlar" barədə danışmağa mənəvi haqqı yoxdur.

Spiker həmçinin Laçın dəhlizi haqqında da bəhs edib. Onun sözlərinə görə, məhkəmənin qərarı, həmçinin Laçın yolundan qeyri-qanuni hərbi və iqtisadi məqsədlər üçün istifadənin yolverilməzliyi ilə bağlı Azərbaycanın mövqeyi ilə uyğundur.

Sahibə Qafarova brifinqdə deyib ki, Azərbaycanın erməni vətəndaşlarına qarşı hansısa “terror” iddialarının absurdluğu ondan ibarətdir ki, bu iddialar 30 illik işğal dövründə etnik təmizləmə və kütləvi qətllər törətmiş, 1 milyona yaxın azərbaycanlını öz doğma yurdlarından zorla qovaraq, Azərbaycana məxsus bütün tarixi və dini abidələri vəhşicəsinə məhv edən bir ölkənin nümayəndəsi tərəfindən irəli sürülür.

O, Azərbaycanın Ermənistanın suveren ərazisini işğal etməsi ilə bağlı iddiaları tamamilə əsassız adlandırıb:

"Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini 30 il işğal altında saxlamış və Qazax rayonunun 7 kəndini və Naxçıvan Muxtar Respublikasının Kərki kəndini hələ də işğal altında saxlayan ölkə olaraq Ermənistan danışıqlar masasına qayıtmalı və sülh müqaviləsi, eləcə də Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzərində işi davam etdirməlidir".

Qeyd edək ki, Unikal.org bundan sonra spikerlər arasında mübahisə yarandığını, Sahibə Qafarovanın rəsmi naharda iştirak etməkdən imtina etdiyini bildirib.

Tarix
2023.04.14 / 21:05
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla