Yuxarı

Özdağ Kılıçdaroğluya yeni fürsət verdi - Ekspert

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səslərin namizədlərə yönləndirilməsi məsələsində Zəfər Partiyasının sədri Ümid Özdağ ATA İttifaqnın prezidentliyə keçmiş namizədi Sinan Oğandan daha çox manevr imkanlarına sahibdir.

Bu sözləri Axar.az-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri, professor Həsən Oqtay deyib.

“Türkiyədə demək olar ki, hər kəs Sinan Oğanın ATA İttifaqının namizədi kimi öz qərarını açıqlayacağını gözlədi. Lakin sözügedən ittifaq dağıldı, Oğan da Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini açıqladı. Ona səs verənlərin əksəriyyəti Ərdoğan və Kılıçdaroğludan narazı olanlardır. Həm Cümhur, həm də Millət İttifaqına məsafəli davranan və daha çox birincini tənqid edən Sinan Oğanın son qərarı seçicilər üzərində şok effekti yaratdı. Bu səbəbdən fikrimcə, ikinci turda Oğanın topladığı səsləri Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğana istiqamətləndirməsi mümkün olmayacaq. Zəfər Partiyasının sədri Ümid Özdağ dünən Kamal Kılıçdaroğlu ilə görüşdən sonra Millət İttifaqını dəstəkləmək qərarını verdi. Burada fərqli cəhət ondan ibarətdir ki, Zəfər Partiyası bir siyasi qurum kimi 2% səs toplayıb və Özdağ da partiyasını təmsil etdiyi üçün toplanan səslərin Kılıçdaroğluya istiqamətləndirilməsi daha asan olacaq”.

Həsən Oqtay bildirib ki, ikinci turda hər iki tərəfin xeyrinə və zərərinə məqamlar var və bunlar da qalibi müəyyən edəcək:

“Hazırda iqtidar və müxalifət cəbhəsi suriyalı qaçqınlarla bağlı planlarını açıqlayırlar. Lakin Özdağın AKP-nin sədr müavini Numan Qurtulmuşla görüşdən sonra dediyi sözlər onun Millət İttifaqı ilə yaxınlaşmasının ilk simptomları idi. Bunu eyni zamanda müxalifətin Cümhur İttifaqına qarşı həmləsi kimi də qiymətləndirmək olar. Çünki əhali iqtisadi çətinliklərin səbəblərini suriyalı qaçqınlarda görür. Bu məsələnin üzərində çox dayanan Zəfər Partiyasının Millət İttifaqını dəstəkləməsi isə əhalini Kılıçdaroğluya yaxınlaşdıran faktordur.

Əlbəttə, Rəcəb Tayyib Ərdoğan birinci turda topladığı 49,5% səslə daha avantajlı şəkildə ikinci tura girəcək. Lakin eyni formada Cümhur İttifaqının bütün səsləri yığa bilib-bilməyəcəyini, yaxud Sinan Oğan amilinin +1%-i təmin edib-etməyəcəyini ancaq seçkidən sonra görə biləcəyik. Əgər Kılıçdaroğlu Əmək İttifaqını razı sala və yanında saxlaya bilsə, imkanlarını artıracaq. Eyni zamanda Millət İttifaqının daha çox suriyalılar üzərindən təbliğat aparması və iqtisadi məsələlərə toxunmaması iqtidar üçün imkana çevrilə bilər”.

Tarix
2023.05.25 / 14:09
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Yeni açılan Ağdam Avtovağzal Kompleksindən görüntülər

İranlı nazirə canlı yayımda “donuz” dedilər - Qalmaqal

Prezident bu sözləri deyərkən kövrəldi - Video

Prezidentlə Ağ Şəhərdə xoşbəxtlik selfisi...

İlham Əliyev onları ayaqüstə alqışladı - Video

Mehriban Əliyeva Ağdam səfərindən video paylaşdı

Prezidentin vətəndaşla söhbəti: Mənim də ad günümdür - Video

Yekun qərarı Bakı verəcək - Ərdoğanın müşaviri

Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında

Prezident kanat yolundan danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla