Yuxarı

Abdullahianın bu sözləri gülüş doğurdu

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abdullahianın bu sözləri gülüş doğurdu

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəsinin qonşuları ilə münasibətlərinin sürətli inkişafı haqda danışıb.

Axar.az xəbər verir ki, o, Tvitter hesabında “inqilab rəhbərinin qonşularla əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi ilə bağlı bəyanatlarına uyğun olaraq” Tehranın mehriban qonşuluq siyasətinin ciddi irəliləyiş əldə etməsindən bəhs edib. Buna misal olaraq Oman sultanının Tehrana səfərini göstərib.

Abdullahianın bu sözüləri gülüş doğurur. Ən azı ona görə ki, İran Prezidenti Rəisinin “mehriban qonşuluq siyasəti”nə qətiyyən uymayan bir tərzdə Əfqanıstan rəhbərliyini hədələməsi, bu ölkə ilə “başqa cür” danışacağını deməsi İran-Əfqanıstan münasibətlərində dərin çat yaradıb. Bunun ardınca isə İran XİN Taliban hökumətini tanımadığını bəyan edib, SEPAH Talibanı ağır zərbələrlə hədələyib.

Nəticə özünü göstərir – bir neçə gündür sərhəddə qısamüddətli toqquşmalar baş verir. Bu toqquşmalarda İran rəsmi olaraq bir əsgərini itirdiyini, iki əsgərinin yaralandığını bildirib. Qeyri-rəsmi olaraq isə İranın onlarla əsgərinin Taliban tərəfindən əsir götürüldüyü iddia edilir.

İranın şimal qonşusu Azərbaycanla münasibətləri də gərgin olaraq qalır – İran səfirliyimizə terror hücumu və bu hücumun ört-basdır edilməsi cəhdi, üstəlik, Ermənistanın işğalçılıq siyasətinin Tehran rejimi tərəfindən hərbi-siyasi dəstəklənməsi "mehriban qonşuluq siyasəti"nin nəticəsi deyil.

Tarix
2023.05.30 / 22:00
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla