Yuxarı

Araik Xocalıda Azərbaycan polisinə təhvil veriləcək

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağda separatçıların başçısı Araik Arutyuntan Xocalıda Azərbaycan polisinə təhvil veriləcək.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə erməni şərhçi Edik Andreasyan “Hraparak” nəşrində qələmə aldığı “Araiki təslim edin, rahat yaşayın” adlı məqaləsində yazır.

Erməni şərhçi qeyd edir ki, Paşinyanın Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıması və Əliyevin “təslim olun, amnistiya imkanından yararlanın” çağırışı etməsi hadisələrin inkişafını təsəvvür etməyə imkan verir.

“Əliyevin bütün açıqlamalarına ciddi yanaşmaq lazımdır, çünki adətən dedikləri gerçəkləşir. Arutyunyan bir-iki cür isti corab, paltar hazırlasa, yaxşı olar. Yəqin ki, onun təhvil-təslim prosesi Əsgəranda (Xocalıda) keçiriləcək və bu prosesdə rus sülhməramlılar da iştirak edəcək. Araik Azərbaycan Daxili İşlər Nazirliyinin mikroavtobusuna əyləşəndə Əliyevlə Paşinyan sülh sazişi imzalayacaq. Əliyev böyük amnistiya elan edəcək və Qarabağdakı erməni əhalisi öz gündəlik həyatlarını yaşayacaqlar. Arutyunyanı bağışlamaq, yaxud bağışlamamaq qərarını Bakıda verəcəklər, bəlkə də bağışlayacaqlar”, - erməni şərhçi belə bir planın olduğunu və hadisələrin bu cür inkişaf edəcəyini hesab edir.

Lakin onun fkrincə, Araikin təhvil-təslim prosesi danışıqların növbəti raundunda olmayacaq: “Əvvəlcə bu haqda danışılacaq, təbliğat aparılacaq, daha sonra edəcəklər”.

Qeyd edək ki, Prezident İlham Əliyevin separatçılara təslim olmaq qarşılığında amnistiya təklifi ABŞ tərəfindən alqışlanıb.

Tarix
2023.06.01 / 09:51
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

Ermənistan və Azərbaycan arasında müharibə... - Paşinyan

Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla