Yuxarı

Qarabağda erməni dəstələr müharibəyə hazırlaşır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması Xankəndidəki separatçıları əhəmiyyətli dərəcədə radikallaşdırıb və onlar istənilən təxribata hazırdırlar.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı politoloq İqor Korotçenko son dövrlər Qarabağdakı qanunsuz silahlı birləşmələrinin Azərbaycan ordusuna qarşı təribatlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, Qarabağda silahlı təxribatlar və terror aktları gözləntisi çoxdur:

“Separatçıların daha da radikallaşması müxtəlif ölkələrdə erməni diasporunun Qarabağ mövzusunda siyasi səylərini artması ilə üst-üstə düşür. Bütün bu amilləri birləşdirəndə, təxribatların baş verəcəyi kifayət qədər real görünür. Bəlkə də bu təxribatlar yaxın gələcəkdə törədiləcək”.

Rusiyalı politoloq hesab edir ki, Paşinyan Qarabağ separatçıları üzərində nəzarəti itirir.

“Paşinyan hakimiyyəti artıq separatçıların davranışlarına tam nəzarət edə bilmir. Qismən nəzarət qala bilər, lakin tam deyil. Unutmaq olmaz ki, Qarabağda təkcə erməni yaraqlıları yox, həm də Ermənmistan Müdafiə Nazirliyinin əmri ilə hərəkət edən silahlı dəstələr var. Bununla yanaşı, Ermənistanın hərbi kəşfiyyatının nümayəndələri də Qarabağdadır. İrəvanın nzəarəti xeyli dərəcədə azaldığı üçün artıq erməni silahlı dəstələri müstəqil hərəkət edirlər”, - o bildirib.

Tarix
2023.06.06 / 16:38
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

Ermənistan və Azərbaycan arasında müharibə... - Paşinyan

Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla