Yuxarı

Patruşev əslində Rusiyanın qonşularını hədələdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əslində Patruşev (Rusiya TŞ katibi Nikolay Patruşev) bu açıqlamasıyla Vaşinqtonu və ya rusiyalı rəsmilərin təbirincə desək, “kollektiv Qərb”i deyil, elə keçmiş SSRİ ölkələrini hədəf seçib.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Patruşevin ABŞ-ın keçmiş SSRİ ölkələri arasında konstruktiv münasibətləri pozmaq məqsədi ilə postsovet məkanının bütün dövlətlərinə misli görünməmiş təzyiqlər etməsi haqda açıqlamasına münasibət bildirərkən deyib.

“Patruşev Rusiyaya qonşu olan ölkələri xəbərdar etdi ki, ABŞ və “kollektiv Qərb”dən uzaq dursunlar. Həqiqətən ABŞ və Avropa Birliyi keçmiş SSRİ respublikalarının Rusiyanın təsirindən uzaqlaşmasını istəyir, ancaq Patruşevin dediyi kimi, Vaşinqton, London və ya Brüssel Rusiyaya qonşu dövlətlərin arasında nifaq yaranmasına çalışmır, bu, “kollektiv Qərb”in maraqlarına ziddir. Nifaq yaratmağı, “parçala və hökm sür” siyasətini Kreml yaxşı bacarır”, - politoloq vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan ABŞ və AB ilə sıx əlaqələrə malikdir, tərəfdaşlıq münasibətləri var və bu iqtisadi əlaqələrdən qazanc əldə edir:

“Rusiya istəyir deyə, Azərbaycan ABŞ və AB ilə əməkdaşlıqdan imtina etməyəcək. Rusiya ilə birgə müxtəlif təşkilatlarda yer alan Mərkəzi Asiya ölkələri də Rusiyanın xeyrinə ABŞ və Avropa ilə əməkdaşlıqdan vaz keçməyəcəklər. Ona görə də Patruşevin Qərbi hədəf alan açıqlaması Rusiyaya qonşu olan ölkələrin əksəriyyəti üçün əhəmiyyətli deyil”.

Tarix
2023.06.08 / 21:02
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

Ermənistan və Azərbaycan arasında müharibə... - Paşinyan

Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla