Yuxarı

Putinin təyin etdiyi vaxt Qərbi şoka saldı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Soçidə Belarus lideri Aleksandr Lukaşenko ilə görüşdə Rusiya Prezidenti Vladimir Putinin Belarusa nüvə silahlarını iyulun 8-ə qədər yerləşdirəcəyini açıqlaması Qərbdə ciddi reaksiyalar doğurub.

Axar.az xəbər verir ki, Qərb mediası nüvə silahlarının yerləşdirilməsi prosesinin həddən artıq sürətlə icra edildiyindən təəccüblənib və bu tarixin təsadüfən seçilmədiyinə diqqət çəkib. Bildirilib ki, bu, 11-12 iyul tarixlərində Vülnusda keçiriləcək NATO sammitinə Rusiyanın cavabıdır. Qərb analitikləri Putinin qərarını NATO üçün ciddi hədə də adlandırıblar.

Politoloq Elxan Şahinoğlu isə bu addımın strateji səhv olmasını istisna etməyib.

“Belarus Prezidenti Aleksandr Lukaşenko Putinə tabedir. Ancaq bir gün Lukaşenko olmasa və Belarusun yeni lideri Ukrayna kimi Rusiya əvəzinə Qərbə inteqrasiya yolunu seçərsə, həmin nüvə silahının taleyi necə olacaq? SSRİ-nin vaxtında nüvə silahı 4 respublikada – Rusiyada, Ukraynada, Belarusda və Qazaxıstanda olub. SSRİ dağldıqdan sonra nüvə silahlarının Rusiyaya təhvil verilməsi ilə bağlı razılıq əldə edildi. Ancaq Ukrayna müharibəsi göstərdi ki, bu yanlış qərar idi. Ukraynanın nüvə silahı olsaydı, Rusiya bu ölkəyə qarşı işğalçı müharibəyə başlamağa risk etməzdi. Bu, Kiyevə və Qərbə dərs oldu. Minsk də bundan dərs çıxarıb. Belarus gələcəkdə həmin nüvə silahını Rusiyaya qaytarmayaraq, onu ərazisində saxlamaq haqqını tələb edə bilər. Bu, Belarusun özünü Rusiyanın mümkün həmləsindən qoruması üçün güclü alət olar”.

Qeyd edək ki, Soçidə keçirilən görüşdə Putin Rusiya nüvə silahlarının Belarus ərazisində yerləşdirilməsinə iyulun 7-8-də onlar üçün qurğuların hazırlanması başa çatdıqdan dərhal sonra başlanacağını açıqlayıb.

Tarix
2023.06.10 / 08:15
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

Ermənistan və Azərbaycan arasında müharibə... - Paşinyan

Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla