Yuxarı

Fransa Süleymaninin “sağ əlini” qarşılayır – SEPAH zabiti

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qüds qüvvələrinin Qafqazdakı keçmiş komandanı və “Hüseyniyyun” təşkilatının yaradıcılarından biri olan Qafur Kargərinin avqustun 24-də İranın Olimpiya komitəsinin rəhbəri kimi Parisə səfər edəcəyi ilə bağlı mətbuatda xəbərlər dərc olundu. Bu şəxs Qasım Süleymaninin yaxın silahdaşlarından olub.

Bu sözləri Axar.az-a SEPAH-ın keçmiş komandiri Əli Rzayi antiazərbaycan mövqeyi ilə tanınan Kargərinin Fransaya səfəri ilə bağlı danışarkən deyib.

O bildirib ki, bir çox ölkənin terrorçu hesab etdiyi Qüds qüvvələrinin tanınmış şəxsinin Parisə səfəri anlaşılan deyil:

“Belə ləkəli keçmişi olan şəxsin Avropa səfərinə izn vermək olmaz. Fransa buna sərt bir şəkildə qarşı çıxmalıdır. Biz İranın Rusiya və Belarus kimi olimpiadada iştirakının ləğvini istəmirik. Lakin idman sektorunun terror tarixinə malik şəxslər tərəfindən idarə olunmasına göz yummasına dözə bilmərik. Bu, beynəlxalq ictimaiyyəti ələ salmaqdır və idman formasında terrorizmdir. Qarşısı mütləq şəkildə alınmalıdır”.

Ehtiyatda olan polkovnik Rzayi Kargərinin Azərbaycan əleyhinə fəaliyyətlərinə və gördüyü işlərə də toxunub:

“Son 15 ildə İranın siyasi, hərbi və təhlükəsizlik nümayəndələri arasında Qüds qüvvələrinin keçmiş komandirlərindən olan Qafur Kargəri ən antiazərbaycan siyasəti yürüdən şəxslərdən biri idi. O, Qasım Süleymaninin müavini və bu terror qruplaşmasının bir qolunun rəhbəri olub. Mənsur Haqitpurdan sonra ölkə daxilində və xaricdə Azərbaycan əleyhinə siyasəti öz üzərinə götürüb.

Şimali Azərbaycanın tələbələrindən və dini ekstremistlərindən ibarət “Hüseyniyyun” terror qruplaşmasının yaradılması, “Aran” radiosu, Aran Mədəniyyət İnstitutu, Qafqaz Mədəniyyət İnstitutu kimi onlarla antiazərbaycan mədəni-siyasi mərkəzlər yaratmaq və onlara rəhbərlik etmək, “Səhər” şəbəkəsinin Azərbaycan bölməsinin proqramlarına və onlarla dağıdıcı və mənfur “azəri” saytlarına, sosial şəbəkələrə rəhbərlik etmək kimi işlərdə imzası olub.

“Hüseyniyyun” terror qrupu Qafur Kargərinin zamanında qurulmuşdu. Ərdəbilin imam-cüməsi Seyid Həsən Amilinin Azərbaycan əleyhinə çıxışlarına şəxsən özü nəzarət edirdi. Hər çərşənbə günü Ərdəbilə gələrək, iclas keçirir, burada Azərbaycan əleyhinə ideoloji işlər görürdü”.

O, Güney Azərbaycanla bağlı mənfur işlərin arxasında da bu şəxsin dayandığını vurğulayıb:

“Güney Azərbaycan xalqının assimilyasiya edilməsi məqsədi ilə türk vilayətlərinin bütün siyasi, təhlükəsizlik və təbliğat qurumlarını “Fatmeyun” komissiyasına üzv etmək siyasətini həyata keçirib. “Traktor” komandasının inkişafını əngəlləmək üçün idarə heyətinə SEPAH-a bağlı şəxslərin təyin edilməsi ona həvalə olunub. Həmçinin, milli fəallara qarşı sərt davranmaq üçün yaradılan siyasi və təhlükəsizlik qurumlarına özü rəhbərlik edib”.

Tarix
2023.08.25 / 08:30
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Əmiri İrəvandakı abidəmizi ziyarət etdi

İrəvan bu icazəni alan kimi gedəcək - Əliyev

Sülh üçün İrəvan 2 şərti yerinə yetirməlidir

Ermənilərin Bakının “hücum edəcəyi” panikasının səbəbi...

Ona bir neçə mesaj göndərmək istərdim - Əliyev

Fransa ola bilər ki, nə vaxtsa böyük ölkə olub, amma indi…

Fransa Ermənistanda “müdafiə çətiri” yaradır

300 min azərbaycanlı İrəvandan cavab gözləyir

Rusiya ilə NATO arasında müharibə... - İlham Əliyev

Bu silahlar Azərbaycan üçün təhlükə yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla