Yuxarı

Bu, Tehranı xilas etməyəcək – Ekspert

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, Tehranı xilas etməyəcək – Ekspert

İranın bəzi ekspertləri hesab edir ki, BRİKS-ə üzv olmaq onun bölgədəki təsirini və geo-siyasi mövqeyini artıra bilər. Həmçinin, İranı regional layihələrin fəal iştirakçısına çevirər.

Bu sözləri Axar.az-a güneyli iqtisadçı Mehdi Nəimi İranın BRİKS-ə üzvülüyü haqqında danışarkən deyib.

O bildirib ki, Tehran ölkə iqtisadiyyatını dirçəltmək üçün bu quruma böyük ümidlər bəsləyir:

“İranın FATF-a üzv olmaması BRİKS-dəki fəaliyyətinə də mənfi təsir edəcək. Tehran hökumətinin quruma üzv olmaqda əsas məqsədi BRİKS-in iki maliyyə qaynağından faydalanmaqdır. Biri Yeni İnkişaf Bankı, digəri Şərti Ehtiyat Fondudur. Bu iki qurum inkişaf layihələrinin maliyyələşməsini təmin edir. İran da onlardan maliyyə dəstəyi gözləyir. Ümid edir ki, bu, uzunmüddətli iqtisadi artımın həllinə qismən kömək edəcək. Ancaq İran sanksiyalar altındadır. Odur ki, bu qurumların qaynaqlarını əldə etmək Tehran üçün çətin olacaq. Nəzərə alaq ki, bu iki maliyyə qurumu BRİKS-in ən güclü və qüdrətli üzvlərindən sayılan Rusiya ilə əlaqələrini kəsməli oldu. Rusiya nümunəsi göstərir ki, sanksiyalara görə qurumun maliyyə qaynaqları İranın da üzünə qapalı olacaq. BRİKS üzvlərinin çoxunun dünyaya qapıları açıqdır, qlobal ticarətlə yaxşı əlaqələri var. Odur ki, öz mənfəətlərindən İrana görə vaz keçməzlər. Həmçinin, İranın bu quruma üzv olmaqla dollarsız ticarət həyata keçirmək planı da alınmayacaq. Çünki üzv dövlətlərin çoxu dollardan imtina etməyib və ticarətlərini bu pul vahidi ilə həyata keçirirlər”.

Qeyd edək ki, 2024-cü ilin yanvarın 1-dən Argentina, Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı BRİKS qrupunun (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) yeni üzvləri olacaq. Bu barədə qurumun avqustun 22-24 tarixlərində Yohannesburqda keçirilən 15-ci sammitində məlumat verilib.

Tarix
2023.08.26 / 08:30
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla