Yuxarı

Azərbaycan Ordusu Xocalıya bunun üçün girdi - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:43

Xocalı qətliamının açdığı yaralar var. Təbii ki, o qətliamı yaşayanlar və bizlər üçün də Xocalı qətliamı unudula bilməz. Ermənistan hazırda Xocalı qətliamının cavabını verir və verəcək. Çünki 1 milyon azərbaycanlı Xocalıdan və digər şəhərlərdən sanki hicrət etdi. Haraya? Azərbaycana. İndi on illər sonra Azərbaycan bu qətliamın hesabını çəkdi. Çox-çox fərqli şəkildə hesabını çəkdi və torpaqlarını geri aldı.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan rəsmi səfərdən qayıdan zaman jurnalistlərə müsahibəsində deyib.

“Məlum olduğu kimi, Minsk üçlüyü olan ABŞ, Rusiya, Fransa illərlə Azərbaycanın bu haqqını tanımadılar. Sonda Azərbaycan göbəyini özü kəsdi və işini bitirdi. İndi Xocalıda artıq kimi var? – Xocalının gerçək sahibləri... Bütün şəhidlərə Allahdan rəhmət diləyirik. Azərbaycan Ordusu Xocalıya xaos, qan və ölüm deyil, sabitlik və sülh gətirmək üçün girdi. İllər öncə oraya erməni quldurlarının girdiyi kimi girmədi. İnsanları qətlə yetirmək üçün girmədi. Xocalıya haqqı olan sülhü və əmin-amanlığı bərqərar etmək üçün girdi. Öz torpağında sonra gələcək zəfərlərin müjdəsi ilə girdi. Azərbaycan Xocalı və Qarabağ üçün də Azərbaycanın suverenliyi altında daimi sülh və sabitliyin vaxtı gəlib. Ermənistana düşən də bu sabitliyin bərqərar edilməsi və mühafizəsi üçün sülhün yanında durmaqdır”, - o bildirib.

Tarix
2023.09.26 / 16:28
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Prezident bu sözləri deyərkən kövrəldi - Video

Prezidentlə Ağ Şəhərdə xoşbəxtlik selfisi...

İlham Əliyev onları ayaqüstə alqışladı - Video

Mehriban Əliyeva Ağdam səfərindən video paylaşdı

Prezidentin vətəndaşla söhbəti: Mənim də ad günümdür - Video

Yekun qərarı Bakı verəcək - Ərdoğanın müşaviri

Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında

Prezident kanat yolundan danışdı

İlham Əliyevin hesabında Ağdamdan görüntülər yayıldı - Video

Bakıdan Pakistan-Hindistan atəşkəsinə reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla