Yuxarı

Hikmət Hacıyev Armen Qriqoryanla nələri danışdı?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, onun diplomatik müşavirləri Saymon Mordyu və Maqdalena Qrononun rəhbərliyi ilə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş keçirilib.

Axar.az Aİ Şurasının mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı iştirakçılar Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyəti müzakirə ediblər.

Hikmət Hacıyev Azərbaycanın humanitar yardım göstərmək və yerli əhalinin təhlükəsizliyini təmin etmək planlarından danışıb.

Görüş həmçinin oktyabrın 5-də Qranadada keçirilməsi planlaşdırılan Avropa Siyasi Birliyinin (EPC) üçüncü sammiti çərçivəsində liderlərin mümkün görüşünün aktuallığı barədə iştirakçılar arasında intensiv fikir mübadiləsi aparmağa imkan verib.

“Aİ hesab edir ki, Qranadada mümkün görüşdən həm İrəvan, həm də Bakı daha əvvəl Praqa və Brüsseldə əldə edilmiş razılaşmalara uyğun olaraq bir-birlərinin ərazi bütövlüyü və suverenliyinə sadiqliklərini açıq şəkildə təsdiqləmək üçün istifadə etməlidirlər”, - Aİ Şurasının mətbuat xidmətinin məlumatında deyilir.

Tarix
2023.09.26 / 19:14
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident bu sözləri deyərkən kövrəldi - Video

Prezidentlə Ağ Şəhərdə xoşbəxtlik selfisi...

İlham Əliyev onları ayaqüstə alqışladı - Video

Mehriban Əliyeva Ağdam səfərindən video paylaşdı

Prezidentin vətəndaşla söhbəti: Mənim də ad günümdür - Video

Yekun qərarı Bakı verəcək - Ərdoğanın müşaviri

Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında

Prezident kanat yolundan danışdı

İlham Əliyevin hesabında Ağdamdan görüntülər yayıldı - Video

Bakıdan Pakistan-Hindistan atəşkəsinə reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla