Yuxarı

Moldova Azərbaycanda baş verənləri izləyir - Qrosu

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğaldan azad olunmuş torpaqlarımızda Ermənistan tərəfindən basdırılmış minalar hərbi qulluqçularımızın və mülki şəxslərin həyatına son qoymaqda davam edir.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Kişinyovda Moldova parlamentinin sədri İqor Qrosu ilə görüşündə söyləyib.

S.Əliyeva bildirib ki, Azərbaycan tərəfi işğaldan azad olunmuş ərazilərimizdə basdırılmış minaların düzgün xəritələrini dəfələrlə tələb etməsinə baxmayaraq, Ermənistanın xəritələri təhvil verməkdən boyun qaçırması bu ölkənin günahsız insanların qətlində maraqlı olduğunu, beynəlxalq humanitar hüquq normalarına etinasız münasibətini bir daha göstərir.

Azərbaycan torpaqlarında Ermənistan tərəfindən törədilən müharibə cinayətləri barədə ətraflı məlumat verən Ombudsman qeyd edib ki, Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4 000-ə yaxın azərbaycanlının taleyi bu günədək naməlum qalır. Bu cür faktlar Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərini, beynəlxalq hüququn norma və prinsiplərinin birbaşa pozulması hallarını sübut edir.

Ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu deyən İqor Qrosu bildirib ki, Moldova haqlı mübarizəsində həmişə Azərbaycanın yanında olub. Bu gün də Moldova dövləti Azərbaycanda baş verən hadisələri diqqətlə izləyir.

“Moldova ilə Azərbaycan arasında müxtəlif sahələrdə sıx əlaqələr və səmərəli əməkdaşlıq mövcuddur. Onlar ümumi dəyərlərə, sülh və sabitliyi paylaşdığımız öhdəliyə əsaslanır. Biz bu əlaqələri möhkəmləndirmək istəyirik”, - İ.Qrosu əlavə edib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da müzakirələr aparılıb.

Müzakirələrdə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov da iştirak edib.

Qeyd edək ki, S.Əliyeva Moldova Xalq Müdafiəçisi Aparatının yaradılmasının 25-ci ildönümü ilə bağlı keçirilən beynəlxalq konfransda iştirak etmək üçün Kişinyovda səfərdədir. Azərbaycan Ombudsmanı səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirəcək.

Tarix
2023.09.27 / 01:05
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

Ermənistan və Azərbaycan arasında müharibə... - Paşinyan

Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla