Yuxarı

Bakı separatçıların özlərini buraxmasını niyə təmin etdi?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın erməni əhalisinin yaşadığı ərazilərdə mərkəzi hakimiyyətin bərpası prosesində separatçı rejimin özünü buraxmağa məcbur edilməsinin perspektiv hədəfi də var.

Bu proses başqa ssenari üzrə də cərəyan edə bilərdi: separatçıların özünü buraxan “rəhbərliyi” bölgədən qovula, yaxud qandallanıb Bakıya gətirilə bilərdi. Ki, bundan sonra onların qanun qarşısına çıxarılması, amnistiyaya düşüb-düşməyəcəkləri rəsmi Bakının siyasi iradəsindən asılı olacaq. Və yaxud Rusiya separatçıları özlərini buraxmamış bölgədən çıxara bilərdi.

Bu halda Bakının Xankəndi hədəfi – suverenliyimizin tam bərpası, o ərazilərdə mərkəzi hakimiyyətin qurulması hədəfi dəyişməyəcəkdi və nail olunacaqdı. Lakin separatçı rejim özünü buraxmayacağı təqdirdə ermənilər Ermənistanda qondarma “artsax”ın “mühacir hökuməti”ni yarada və ərazi iddialarını davam etdirə, beynəlxalq səviyyədə dəstək qazana bilərdilər. Bu məsələdə Ermənistan da maraqlıdır, Rusiya da, o cümlədən, bölgədə maraqları olan digər qüvvələr də.

Şübhəsiz ki, rəsmi Bakı separatçı rejimin özünü buraxması tələbində israr edib və bu, həm də perspektivdə ərazi iddialarının qarşısını almağa hesablanmış addımdır. Ermənilərin eyni iddiaları davam etdirməyəcəyinə, qondarma “artsax” kimi iddialar irəli sürməyəcəyinə heç kim zəmanət verə bilməz, indi olmasa belə, 20 ildən sonra – fürsət düşən kimi edə bilərlər. Separatçı rejimin özünü buraxması Azərbaycana bu iddiaların önünə fakt qoymaq imkanı verəcək: “öz müqəddəratını təyin etmək” istəyənlər özləri bundan imtina etdi – etdirildi.

Tarix
2023.09.28 / 12:45
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

Ermənistan və Azərbaycan arasında müharibə... - Paşinyan

Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla