Yuxarı

Tkeşelaşvili İlham Əliyevi təbrik etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Eka Tkeşelaşvilidən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Axar.az məktubun mətnini təqdim edir:

"Hörmətli cənab Prezident!

Sizi gözəl ölkənizin öz suverenliyini bərpa etməsi kimi tarixi nailiyyət münasibətilə təbrik edirəm. Bu hadisə həm də tarixi ədalətin bərpa olunmasıdır. Azərbaycan uzun illər işğaldan əziyyət çəkib, xeyli müddət yüz minlərlə vətəndaşınız öz evlərinə qayıda bilməyib.

Təqdirəlayiq haldır ki, dünyada qeyri-sabitliyin hökm sürdüyü bir vaxtda Sizin liderliyiniz və əzmkarlığınız sayəsində Azərbaycan suverenliyin və ərazi bütövlüyünün bərpa oluna, hüquqları pozulmuş insanların inamı özünə qaytarılmaqla işğala son qoyula və münaqişələrin həll edilə bilinəcəyi presedentini yarada bildi.

İşğalın yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycan ehtiyacla üzləşdikləri böhranlı vaxtlarda Gürcüstan və Ukrayna kimi strateji tərəfdaşlara həmişə dəstək olub.

Sizin Azərbaycanın bütün vətəndaşlarının təhlükəsizliyini və rifahını təmin edən, uğurlu multikultural və çoxmillətli cəmiyyət nümunəsi yaradan, eləcə də regional və qlobal təhlükəsizliyə töhfə verən siyasətinizin nailiyyətlərini görmək şərəfdir.

Sizə işlərinizdə uğurlar arzulayıram.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Tarix
2023.09.28 / 15:45
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

Ermənistan və Azərbaycan arasında müharibə... - Paşinyan

Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla