Yuxarı

Sentyabrın 20-də Ermənistan ordusuna bəyan etdik ki...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 20-də biz Qarabağdakı Ermənistan ordusuna bəyan etdik ki, silahlarınızı yerə qoyun və oraları tərk edin. Bu, belə də oldu, bu baş verdi. Yəni, biz sözümüzə, vədimizə əməl edirik, sadiqik.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, əgər Ermənistan hökuməti 2019-cu ildə verilən “Qarabağ Ermənistandır!” bəyanatından sonra sentyabrın 20-dək (2023-cü il – red.) baş verən hadisələri düzgün təhlil etsə, sülh əlçatandır.

“Bu, bizim gələcəklə bağlı baxışımızdır, bu, regionun gələcəyi ilə bağlı baxışımızdır. Hesab edirəm ki, beynəlxalq aktorlar və qonşular görəcəklər ki, bizim münasibətimiz konstruktivdir”, - deyə Azərbaycan Prezidenti diqqətə çatdırıb.

Tarix
2023.09.29 / 17:15
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

Ermənistan və Azərbaycan arasında müharibə... - Paşinyan

Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla