Yuxarı

Bakı bu 3 prinsipi qəbul edərsə, demək, sülh artıq bağlanıb

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün mühüm çağırış sülh prosesinin bir neçə əsas prinsip əsasında davam etməsini təmin etməkdir.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan bu gün parlamentdəki çıxışında bəyan edib.

O bildirib ki, bu prinsiplər haqda hamı məlumatlıdır - bu prinsiplər Avropa Birliyi Şurasının rəhbərinin 2023-cü il iyulun 15-də Brüsseldə verdiyi bəyanatda qeyd olunub:

“Prinsiplərdən biri odur ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qəbul edirlər. Yəni Ermənistan ərazisinin 29,8 min, Azərbaycan ərazisinin 86,6 min kv.km olduğu anlayışı təsdiqlənir. Almatı bəyannaməsi delimitasiya və demarkasiya prosesinin siyasi əsasını təşkil etməlidir. Delimitasiya və demarkasiyanın hansı xəritələrə aparılacağının razılaşdırılması vacibdir. Bu, 1975-ci ilin xəritələri əsasında aparılmalıdır.

Bundan əlavə, regionda kommunikasiyaların açılması ölkələrin suverenliyi, yurisdiksiyası, qanunvericilik, bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında baş verməlidir.

Əgər Azərbaycan bu prinsiplərə sadiqliyini açıq şəkildə təsdiq edərsə, o zaman güman etmək olar ki, sülh müqaviləsinin bağlanması yalnız qısa zaman məsələsidir.

Problem ondadır ki, Azərbaycanın yüksək vəzifəli şəxsləri bu prinsiplərə sadiqliklərini təsdiq etməyiblər. Bu, şübhələr yaradır ki, onlar sülh dedikdə Ermənistanın ərazi bütövlüyünə müəyyən iddialarını nəzərdə tuturlar. Əgər onlar bu üç prinsipə sadiqliklərini təsdiq etsələr, biz sülhü praktiki olaraq qurulmuş hesab edə bilərik”.

Tarix
2023.10.04 / 23:41
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

Ermənistan və Azərbaycan arasında müharibə... - Paşinyan

Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla